Buraxma, ey könül, ol nazlı yarı özbaşına!
Buraxma, ey könül, ol nazlı yarı özbaşına!Rəva deyil, qala ellər nigarı özbaşına.
Gözilə kirpiyi birlikdə qan tökür gecələr,Əcəb qalıb yenə dərya kənarı özbaşına!
Qərara gəldi rəqib, əl götürsün ol güldən,Nə etibar ona, dəysin qərarı öz başına!
O qarə gözlünü gözdən kənara qoyma, könül,Buraxmaz ovçu gözəl bir şikarı özbaşına!
Gülüzlülər nə qədər varsa, bağbanı mənəm,Necə qoyum belə bir gülüzarı özbaşına?!
Rəqibi yarə tərəf qoymayın, yaxın gəlsinKi, gül solar, görə gülşəndə xarı özbaşına!
Ümumə xidmət elə, qorxma Vahid, artarsan,Ki, sanma el qazanıb etibarı özbaşına!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-buraxma-ey-konul-ol-nazli-yari-ozbasina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən də, ey şair, əcəb dəmlər keçirdin əvvəla,Mey içib meyxanənin babində çəkdin əssola.
Gülsə hər kimsə bizim dideyi-giryanımıza.Gülsə hər kimsə bizim dideyi-giryanımıza.Düşsün aləmdə, görüm, hali-pərişanımıza.
Qılmış ol məhvəş üzünə zülfi-purçinin niqabQılmış ol məhvəş üzünə zülfi-purçinin niqab,Çöhreyi-xurşidi guya göydə basmışdır səhab.
Ta ki yetdi ləbi-ləlinə nigarın meyi-nabTa ki yetdi ləbi-ləlinə nigarın meyi-nab,Rəngidən bağrını qan eylədi cam içrə şərab.