Ta ki yetdi ləbi-ləlinə nigarın meyi-nab
Ta ki yetdi ləbi-ləlinə nigarın meyi-nab,Rəngidən bağrını qan eylədi cam içrə şərab.
Badədən arizi-alində ərəq etdi zühur,Damdı gül-gül güli-ruyündən onun ətri-gülab.
Tari-geysulərini qıldı pərişan üzünə,Atdı əl şanəyə min işvə ilə çün mizrab,
Pərtovi-mehri-cəmal ilə işıqlandı cahan,Eylə ki, açdı cəmalından o məhparə niqab.
Durdu ayinə ilə ayə müqabil ol mah,Mahi məhv etdi həsəd, qalmadı ayinədə tab.
Şövqi-ləli o məhin qıldı məni badəpərəst,Yoxsa hərgiz bu qədər olmaz idim xanəxərab.
Vahidəm, guşeyi-vəhdətdi məqamım daim,Ürəyim qəmli, gözüm nəmli, əlacım nayab.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ta-ki-yetdi-lebi-leline-nigarin-meyi-nab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vardı kuyində, xoş ol dəm ki, nigahbanlığımız,Bu gədalıqda idi aləmə sultanlığımız!
Yarəb, tükəndi cəhl ilə səbrü qərarımızYarəb, tükəndi cəhl ilə səbrü qərarımız,Oldu ziyadə möhnəti-qəlbi-fikarımız.
Təngdir qönçə dəhanın, gec gəlir avazə sözTəngdir qönçə dəhanın, gec gəlir avazə söz,Bir sənəmdir – nazənin, qoymuş özünü nazə söz.
Dün gecə açdı nigarım üzünü ay kimiDün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Başqa şairlərin şeirləri · Eşq
Cənnət şəhrinə vard olmuşam,Bilmənəm yar üçün nə alım indi,
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.