Qılmış ol məhvəş üzünə zülfi-purçinin niqab
Qılmış ol məhvəş üzünə zülfi-purçinin niqab,Çöhreyi-xurşidi guya göydə basmışdır səhab.
Ey günüzlüm, arizin zülf içrə gər göstərməsən,Mahi-nov bəs nuri hər şəb qandan eylər iktisab.
Ləmə-ləmə nur peydadır üzündə ol məhin,Qətrə-qətrə kim tökər ləli-sədəfdən dürri-nab.
Gün üzünlə qarşı durmaz, göydə xurşidi-fələk,Kim yetər bilmiş zəvalə oldur eylər ictinab.
Gərçi ol qönçə ləbə sordum dəhanin sirrini,Təng qıldı könlümü, ta vermədi bir dəm cavab.
Tökmə qanım, dilbəra, var isə cürmüm əfv qıl,Şahisən nola, peyəmbər xislət ol, eylə səvab.
İstəməz Vahid behiştü kövsərü qılmanü hur,Yar ilə həmbəzm olub, meyxanədə içsə şərab.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-qilmis-ol-mehves-uzune-zulfi-purcinin-niqab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həqiqi olsa idi, sevgilim, məhəbbətimiz,Sevinc ilə yaşadardı bizi həqiqətimiz.
Könlüm açıldı zülfünü gördükdə şanəsizKönlüm açıldı zülfünü gördükdə şanəsiz,Biganə batdı matəmə, qaldı nişanəsiz.
Eşqin məni döndərdi, gülüm, bülbülə sənsizEşqin məni döndərdi, gülüm, bülbülə sənsiz,Könlüm tutulur, baxsam əgər bir gülə sənsiz.
Göz mərdümi ki, əşk tökər bir gilə sənsizSəyyar*Göz mərdümi ki, əşk tökər bir gilə sənsiz,
Başqa şairlərin şeirləri · Eşq
Ələkbər Tağıyev bəstələmişdir*Ay sevgilim, çağır məni,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,