Gülsə hər kimsə bizim dideyi-giryanımıza.Düşsün aləmdə, görüm, hali-pərişanımıza.

Eşq çox dilbəri-bimehrə əsir etdi bizi,Biri rəhm eyləmədi naləvü əfqanımıza.

Dost sandıq görüb hər şuxu, bəlasın çəkdik,Düşmən oldu yenə axırda bizim canımıza.

Zövq alar eşqdə bizdən, görüb əhvalımızı,Hansı dərd əhli əgər gəlsə bizim yanımıza.

Zülf zəncirinə əql ilə əsir olmamışıq,Eşq divanəsiyik, baxma bu nöqsanımıza.

Gəldi gül fəsli, bizi saqi nəzərdən saldı,Piri-meyxanə gərəkdir baxa divanımıza.

Dəm qənimətdi, mey iç, Bədrini, Vahid, başa sal,Bir əlac olsa, odur dərdi-firavanımıza.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq