Sən də, ey şair, əcəb dəmlər keçirdin əvvəla,Mey içib meyxanənin babində çəkdin əssola.

Çox dolular nuş edib, çox camlar sındırmısan,Neyli-meyli bəzmlərdə qaldı səndən xoş nəva.

Şişələr yox, boçkalar azlıq edirdi keyfinə,Bəhrü ümmanı çəkirdin başına həm basəfa.

Çeşm məxmur, ləb püratəş, sinə suzan, səs bülənd,Küçələr dolmuşdu şövqünlə sənin, ey bivəfa.

İndi noldu tövbəkar oldun füsuni-zövqdən,Çıxmısan imanü-dindən, kafər, oldun biriya?

Kim şərab içməz, ərəq tökməz və sındırmazsa cam,Kəbeyi-ömr içrə yoxdur ona bir cayi-rəha.

Bəxti gör, bir misraında min qədəh tənnan ikən,Bu əcəbdir ki, özün oldun qədəhlərdən cüda.

Təneyi-zahid səni qılmış iraq meyxanədən,Ol keçən əyyami-işrətə ömür vahəsrəta.

Öylə bir əlhadə düşdün ki, daha piri-muğanYovmi-məhşərdə sənə etməz şərarət, Vahida!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana