Ey gül, dağıtma sünbüli-zülfün üzarına!Ahəstə şanə çək ki, tökülsün kənarına.

Bəsdir, bu qədr naz ilə öldürdün aləmi,Dünya verilməyib, gözəlim, ixtiyarına.

Meydən ziyadə nəşə verir xəstə könlümə,Hər dəm baxanda nərgisi-məsti-xumarına.

Kuyində xoş keçər günüm, əğyarə baxmasan,İndi bu iş qalıb sənin öz etibarına.

Biganə gördü ləzzətini lalə ruyinin.Bir rəhmin olmadı bu dili-dağdarına.

Hər kim ki, aşiqəm dedi, Mənsurtək sənə,Düşdü kəməndi-silsileyi-tabdarına.

Vahid, biz öz nigarımızın mübtəlasıyıq,Sən də çalış ki, könlünü ver öz nigarına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq