Yetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıq
Yetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıq,Xəlayiq çarə tapdı dərdinə, biçarə biz qaldıq.
Hamı öz sevdiyi məşuqəsilə şadi-kam oldu,Yanan pərvanələrtək ruzü şəb odlara biz qaldıq.
Rəqibi bimürüvvətlər fərəhnak oldu aləmdə,Sevib cananı, həsrət türreyi-dildarə biz qaldıq.
Keçirtdik tiri-nazın sinədən hər mahrüxsarın,Yenə bimehr çıxdı, təneyi-əğyarə biz qaldıq.
Məhəbbət gülşənində bir gül əkdik, zəhmətin çəkdik,Səfasın özgələr gördü, cəfayi-xarə biz qaldıq.
Bütün divanələr, Vahid, kəməndindən xilas oldu.Yenə ol zülfə bağlı müttəsil avarə biz qaldıq.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-yetisdi-qeyri-asiqler-vusali-yare-biz-qaldiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqiya, bir bu deyil nəşəsi peymanəmizin,Hələ bundan soradır ləzzəti meyxanəmizin.
Əvvəldə gərək sevgili yarım sən olaydınƏvvəldə gərək sevgili yarım sən olaydın,Sərvim, çəmənim, bağü-baharım sən olaydın.
Netmişəm məndən, əya sərvi-rəvan, ayrıldınNetmişəm məndən, əya sərvi-rəvan, ayrıldın,Eylədin gülşəni-ömrümü xəzan, ayrıldın.
Meydənmi qızarmış, gözəlim, arizi-alınMeydənmi qızarmış, gözəlim, arizi-alın,Ya əks salıb sağərə xurşidi-cəmalın?
Başqa şairlərin şeirləri · Eşq
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
در گلشن ایام نسیمی ز وفا نیستدر دیده افلاک نشانی ز حیا نیست
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür