Səhifə 2 / 2 · 50%

Mahru bir daha göz qapaqlarını qaldırıb dedi:

– Ölənlər namusla öldü, sağ qalanlar isə görək həyatlarını namusla başa çatdıra biləcəklərmi?

– Bu barədə düşünmə, Mahru. Mən səni anlayıram, sən öz həyatını namus və şərəflə başa çatdıracaqsan.

– Buna ümidim yoxdur. – Mahru ümidsiz bir halda dedi. – Vəliəhdin Təbrizə gəlməsi, sərdar Rəşidin Təbrizdən yığışıb Tehrana getmək istəməsi mənim fəlakətimi daha da dərinləşdirir. Sən onun danışdıqlarına əhəmiyyət vermə. O sizin başınızı aldadır. Tehrana gizlincə hərəkət etmək hazırlığını görür, ayıq olun, o sizi burada da sata bilməsə, Tehranda satacaqdır.

– Çox razıyam, Mahru. Onu mən də düşünürəm. Sərdar Rəşidin məsələsi də bizim boynumuzda bir yükdür. Bu ağırlığın altından nə cür çıxa bilmək barəsində dərindən düşünmək lazımdır.

Nina danışmırdı. Məncə, Ninanı düşündürən bir cəhət varsa, o da özünün həyatına və mənimlə olan əlaqəsinə müəyyən bir şəkil verə bilməməsindən ibarət idi. Heç cür məna edilməz və hər bir təxmindən kənarda duran bu həyat, yeddi ildən bəri davam edirdi. Bu həyatı bir ailə həyatı kimi düşünənlər də səhv etmirdi, çünki Nina ilə olan dostluğumuz və məfkurəvi əlaqəmiz bizim barəmizdə səhv düşünənləri haqlı çıxarırdı.

O, heç bir söz danışmırdı, çünki özünün bu həyata qarşı bəslədiyi dərin etirazları olduğu kimi, bunları ifadə üçün təzə bir kəlmə tapa bilmirdi.

Mən onun bu sükutunu pozmaq istəmədim, yenə də Mahruya:

– Sən ayıq ol, sərdar Rəşidin hərəkəti haqqında bizə xəbər ver, – dedim. – Onunla bərabər heç bir yerə getmə. Nicat günləri yaxındadır...

cökdki

Çar diplomatları vəliəhdin Təbrizə gəlməsinə maneə törədə bilmədiklərindən, vəliəhdi ələ almaq və öz işlərini onun vasitəsi ilə həyata keçirməyi düşünürdülər. Rusiyanın Tehran səfiri Etter xari- «iyyə nazirinə vurduğu 18 fevral tarixli teleqramında deyirdi:

Vəliəhd Təbrizə gedir! Onu Rusiya ilə dostluğa cəlb etmək lazımdır. Ona hər cəhətcə hörmət göstərməliyik. Bir də onu nəzərə almaq lazımdır ki, vəliəhdin məsarifi çoxdur. Tehran hökumətinin verdiyi maaş heç bir vaxt onu təmin etmir. Hər nə vasitə ilə olursaolsun ona maddi yardım göstərmək lazımdır. Heç birisi olmasa, Azərbaycanda rus təbəələrindən alınan vergilərin bir hissəsini gənc şahzadənin ixtiyarına verməlisinizə.

Vəliəhdin Vasmincə yetişdiyi xəbəri Təbrizdə heç bir dəyişiklik yarada bilmədi. Əhalidə gənc şahzadəni istiqbal etmək həvəsini görmürdük. Halbuki son vali olan sərdar Rəşid hökumətə təyin edildiyi vaxt bütün Təbriz onun istiqbalına getmişdi.

Təbriz tacirləri, şəhər əyanları vəliəhdi istiqbal etmək üçün çar konsulunun icazəsini gözləyirdi.

Nəhayət, səhər tezdən rus qoşunları yaşayan qışlaların İran-Rusiya bayraqları ilə bəzənməsi və gənc şahzadənin şəklinin əlvan çiçəklər içində açılması xalqa vəliəhdin gəlməsindən rusların razı qaldığını bildirdi. Aşağı təbəqə konsulun icazəsi olmadan da böyük dəstələrlə Vasminc yolları tərəfinə axırdı. Aristokratiya və ruhani təbəqələrini görmək mümkün deyildi. Yalnız vəliəhdin karvanı Təbrizə yaxınlaşdığı vaxt, yuxarı təbəqədən çar konsulunun siyahısı ilə icazə verilən adamlar Təbriz bağlarının altında göründülər.

Rus qoşun dəstələri vəliəhdə hərbi ehtiram göstərmək üçün böyük hazırlıq aparırdı.

Səhər tezdən iki eskadron çar kazakları musiqi və bayraqlarla vəliəhdi qarşılamaq üçün Vasmincə göndərilmişdi.

Təbriz ilə Vasminc arasındakı uzun məsafə cürbəcür silahlı rus piyadası ilə doldurulmuşdu.

Təbrizin çiçəkli təbiətini görmək və Təbriz baharının lətif havasını udmaq üçün mən də Nina və Mahru xanımla bərabər Məşədi Kazım ağanın təzə faytonunda oturub vəliəhdin istiqbalına çıxmışdım. Yolların ətrafı bazar əsnafi və meydanlarda gəzən işsiz əhali ilə dolu idi. Arvad-uşaq hamıdan artıq idi.

Sərdar Rəşid və çar konsulu da zinətli və yumşaq avtomobillərdə vəlləhdin istiqbalına gəlmişdi. Vəliəhdin üstüaçıq maşını çar kazakları və dilənçi dəstələrinin içərisi ilə irəliləyirdi. Mənim faytonum vəliəhdin maşınının yanından keçdiyi zaman onun çöhrəsində dərin bir kədər hiss etdim. Şübhəsiz ki, o özünün yalnız çar qoşunları və şəhər dilənçiləri tərəfindən istiqbal edildiyindən razı deyildi. Və- Həhd bu etinasızlığı ruslardan və sərdar Rəşiddən gördüyü üçün onlarla çox soyuq bir surətdə görüşdü.

Nina bu etinasızlığın zəminəsini çoxdan mənə xəbər vermişdi, buna görə də bu mənzərə bizim üçün çox da təəccüblü görünmürdü.

– Görərik, – dedim. – Biz görməsək də bizdən sonra gələnlər görərlər.

Vəliəhdin həqir və solğun karvanı gəlib keçirdi. Biz də bu karvanın dalınca faytonumuzu sürüb şəhərə qayıtmışdıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Azərbaycan çar qubernatoru Səməd xana

dBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.

4 dəq
Sarı Ağabala xan

Hacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim.Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı.

5 dəq
Yeni intibahnamələr

Təzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu.İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi.

4 dəq
Konsula və Peterburqa yazılan məktublar

Hacı Səməd xanın tapşırığına görə, saat doqquzda onun məktubarını yazmaq üçün Nizamüddövlə bağına getmişdim.Azərbaycan valisi, iyun istilərinə baxmayaraq, kiçik bir otağa yapanmışdı. Mən haman otağa girərkən məcmuələrdə sultan Əbdülhəmidin həyatına dair oxuduqlarım yadıma düşdü. Qapılar, pəncərələr qapalı idi. Pəncərələrin dalına bərkidəcəklər və ağır şeylər salınmişdı. Stol üzərində tapançalar, bucaqlarda isə tüfənglər dururdu. Mən Təbriz cəlladını belə bir dəmir qəfəsin içərisində ziyarət etdim. O mənim əlimi çox bərk sıxdı, yanında yer göstərdi. Onun birinci sözü bu oldu:

4 dəq

Başqa şairlərin şeirləri