Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.

Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.

O, Hindistanda Dehli şəhərində doğulmuş, İngiltərədə təhsil almış, kral sarayında tərbiyələnmiş, nəhayət, Bakıda sevdiyi qızın əlilə Palçıq Vulkanı çəbhəsində öldürülmüşdür.

Romanın ikinci tipi Əlisaus Yusifidisdir. Bu adam da İstambulun Böyük adasında doğulmuş, Sultaniyyə məktəbində tərbiyə almış, tibbi məktəbi bitirmiş, eyni zamanda Almaniyada osmanlı ataşeliyində xidmət etmiş və dünya müharibəsində İstambula çağırılaraq əks-kəşfiyyat bürosunun ixtiyarına verilməklə Həmədan şəhərinə göndərilmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri