XLIV. Bakıya doğru
Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.
Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
Menşevik, eser və daşnaqların bütün təlaşına baxmayaraq, Bakıda bolşevik hökmranlığı davam edirdi. İngilislər tez bir zamanda Bakıya gedəcəyi şübhəli idi. Çünki Kiçikxan məsələsi tamamilə həll edilməmişdi — o, yenə də öz taleyini sınamaq və Rəştə hücum etmək istəyirdi. Bunlardan da əlavə Rəşt şəhərində tif və vəba xəstəliyi şiddətlə yayılırdı. İstilərin şiddətinə dözmək də mümkün deyildi.
Leyla xanım və Tiq-Çonsonun sevgilisi Raja Bahadır xanın məsləhətinə görə Həmədana qayıtmalı və istiləri «Muradbəy dərəsində» keçirməli idilər. Leyla razı deyildi, çünki türklərin Bakıya hücumu yaxınlaşırdı. Leyla isə Bakıya gedərək bu işdə çalışmaq istəyirdi.
Tam bu günlərdə erməni milli sovetinin sədri Araratyan Bakıdan Ənzəliyə gəlmişdi. Araratyan qızların Həmədana göndərildiyini eşitdiyi zaman, şahzada Bahadır xan və Tiq-Çonsona müraciətlə qızları özü ilə bərabər Bakıya qonaq aparmağa icazə istədi. Qızlar özləri də buna razı olduqda, bu barədə qərar çıxarıldı. Leylanın təklifi üzərinə doktor Yusifidis də öz xidmətindən azad olunaraq onların xüsusi həkimi sifətilə Bakıya getməyə hazırlaşdı.
Mayın 27-də, axşam saat dörddə Ənzəli limanında fövqəladə bir müşayiət təntənəsi düzəlmişdi.
Qızları müşayiət etmək üçün 39-cu Britaniya briqadasının zabitləri, Qlaçester batalyonun yüksək rütbəliləri Stafford, Uçerçester və Varvik alaylarının miralayları tamamilə körpüyə yığılmışdı.
Onların hər biri doktor Araratyanın əlini sıxıb vidalaşdıqda, qızlara hörmət edilməsini və istirahətlərinin təmin olunmasını rica edirdi.
General Denster-Vil irəli gələrək, qızların əllərini öz əlinə alaraq:
– Siz İngiltərə missiyasının Bakı səfəri tarixində dan ulduzu rolunu ifa edirsiniz. Mən ümid edirəm ki, dan ulduzları Bakı üfüqlərində görünən kimi, bir azdan sonra da Bakının üzərində bizim günəşimiz parlayacaqdır. Salamat gedin, övladlarım.
Qızların mindiyi gəmi «urra» səsləri və gurultulu musiqi altında körpüdən ayrıldı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xliv-bakiya-dogru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü.O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq:
Xəlifənin qızlarıBu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi.Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı.
Qadınlar və qızlar dünyasıSəhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi.Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı.
Cülus günüFəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı.Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu.
Başqa şairlərin şeirləri
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
ƏrənlərƏrənlərin ərkanına, yoluna,Ta əzəldən talib oldum, ərənlər.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,