Xüsusi iclas
Səhifə 6 / 6 · 83%
Bu dəstəyə İstanbuldakı İran qaçqınlarını cəlb etmək və eyni zamanda İran daxilində dəstənin qələbəsini təmin etmək məqsədi ilə Ənvər paşa öz avantürasına Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçini də cəlb etmişdi. Hələ Kəblə Hüseyn və Hacı Mirzağa Kərkük və Səlmaniyyə tərəflərində dəstəyə könüllülər səfərbərlik etdiyi zaman Təbrizdəki demokratlara öz fikirlərini bildirmiş və yaxınlarda bir dəstə ilə Azərbaycana girəcəklərini xəbər vermişdi.
Bir neçə gün sonra Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçinin üçüncü məktubunu aldıq. Bu məktubda Mirzağa öz fikrini çox açıq söyləmişdi. Məktubda yazılmışdı:
«Möhtərəm rəfiqlərl Aldığımız məktublardan məlum olur ki, sərkarların vücudları əlhəmdülillah salamat və səhihdir. Ümid edirik ki, beynəlxalq vəziyyət bizi tez bir zamanda görüşdürə biləcəkdir. Biz Azərbaycanı çar istilası altından qurtaracağımız bayramı sizinlə birlikdə keçirəcəyik.
Osmanlı dövlətinin Avstriya və Almaniya ittifaqına qoşulub Rusiya əleyhinə müharibəyə başlaması, İran inqilabçılarının qarşısında böyük bir məsələ qoydu ki, o da İranın bu ittifaqa qoşulması lüzumundan ibarətdir.
Möhtərəm rəfiqlər yazmaq istədiyimiz şad xəbərlərdən birisi də budur ki, «İttihad və tərəqqi» firqəsi rəhbərləri birinci növbədə öz qarşılarında Azərbaycanı ruslardan təmizləmək məsələsini qoymuşlar, onlar bu barədə hər nə məsarif və canlı qüvvə lazım gəlirsə, öz öhdələrinə götürüblər.
Biz təzə və xarici bir qüvvətlə Azərbaycana daxil olmaqdan əvvəl, siz də Təbriz əhalisi arasında osmanlı-alman və İran ittifaqı lüzumunun zəminəsini hazırlayasınız. Burası bizim üçün günəş və su kimi lazımdır.
Möhtərəm rəfiqlərl Siyasi məsələlərdən sizə dərs vermək artıqdır, biz hamımız bilirik ki, İranın rus və ingilis istilasından qurtarması və müstəmləkə Şərqin əbədi xilası osmanlı-alman silahının qalib gəlməsindədir.
Buna görə də biz İran demokratları siyasi vəziyyətin bizə qazandırdığı bu fürsətdən istifadə etməyə çalışmalıyıq, biləks tarix qabağında böyük bir məsuliyyət daşıyacağıq.
Möhtərəm rəfiqlərə bunu da xatırlatmalıyıq ki, bu təşəbbüsə mane olanlar Osmanlı dövləti tərəfindən böyük cəza görəcəkdir. Siz bu nöqtələri də xalqın qabaqda gedənlərinə anlatmalısınız, Osmanlı silahının qarşısına çıxan və Almaniya qüvvətinin qabağında duran yalnız İranın yox, bütün Şərqin səadəti yolunda tikan əkmiş olacaqdır ki, bunu da tarix bağışlamayacaqdır.
Hazırda bütün əzilmiş xalqlar Almaniya-Türkiyə ittifaqından istifadə edib öz istiqlalını bərpa etməyə çalışır. Biz bu fürsəti əldən buraxsaq, daha heç vaxt müvəffəqiyyət qazana bilmərikbə
Biz müharibənin əvvəllərində belə, alman-osmanlı silahının qalib gələcəyinə inanmırdıq, çünki Almaniya ittifaqında olan Avstriya və Türkiyə dövlətlərinin daxilindəki müxtəlif xalqların əhvaliruhiyyəsi də bizə bunu nişan verirdi. Osmanlı-alman silahının qələbəsinə inanmaq olsa belə, adını inqilabçı qoyan Təbriz demokratlarının bir imperialistlə ittifaqa girib başqa bir imperalistə qarşı müba- TrizƏ aparması yaramazdı.
Biz İranın Ənvər paşa avantürasına qoşulmasında ölkənin məhvini və müstəmləkə həyatının dərinləşməsini görürdük.
İclasda olan yoldaşlardan birisi alman-osmanlı ittifaqı məsələsi aralığa gəldiyi zaman gülərək:
– Çox mübarək olsun, bir ərdən boşanıb, başqa bir ərə gedirik,
– dedi və bir çoxları da bunu təsdiq elədi.
İclas Hacı Mirzağa Büllurinin və Hüseyn Fişəngçinin məktubunu müzakirə edəndən sonra, İranın bu avantüraya qoşulması işinə maneə törətmək, bu təşəbbüsü aralığa sürən Mirzağa Bülluri ilə əlaqəni kəsmək və müstəqil hərəkət etmək qərarını çıxardı.
Şübhəsiz ki, biz osmanlı-alman və İran ittifaqına qarşı çıxdığımız zaman hər şeydən qabaq bizə rusofillik damğası vuraraq kafir ad- İandıracaq və avam kütlələri bizim əleyhimizə qaldıracaqlardı. Osmanlıların Təbrizi işğal etdikləri zaman Təbriz demokratlarını rusofil adlandırıb dar ağacına qaldıracaqları qorxusu da var idi. Təbriz demokratları iki qılıncın arasında qalmışdı. Onlar üçün osmanlı-alman təklifini qəbul etmək də, etməmək də qorxulu idi. Buna görə də Hacı Mirzağa Büllurinin məktubunun cavabını üç gün təxirə saldıq. Nə cür cavab verəcəyimiz haqqında düşünürdüksə də, bir yol tapa bilmirdik.
Üçüncü gün idi, axşam çayını içəndən sonra yazı stolunun da- İnnda oturub düşünürdüm. Məcid də gəlib yanımda durmuşdu. Fikrim dağınıq olduğundan onun suallarına lazımi qədər cavab verə bilmirdim. Nəhayət, uşaq mənim təbii halımda olmadığımı hiss edərək, dönüb Ninanın üzünə baxdı.
Nina uşağı mənim yanımdan uzaqlaşdırmaq üçün ona məşğuledici suallar verirdi, nəhayət, uşağı öz yanına alaraq dedi:
– Görünür ki, səni yoran çətinlik mənə söyləməli məsələ deyildir, eləmi?
– Nina, görünür ki, biz Təbrizdə ifa etdiyimiz vəzifələri yaxşılıqla başa vura bilməyəcəyik, – dedim.
– Vəzifələri axıra yaxşı çatdırmaq üçün düşünmək və bacarmaq lazımdır.
– Düşünmək yox, bacarmaq çox çətindir. Üç gündür ki, bu qədər düşünürəm, bir nəticə çıxara bilmirəm.
– Dünyada insanın bacarmadığı bir şey yoxdur.
– Nina, sən Əmir Heşmət üsyanından xəbərdar idin. Əmir Heşmətlə bərabər İstanbula qaçanların bir neçəsi orada İttəhadi-tərəqqi firqəsinin avantürasına qoşulmuşdur, İranı da bu avantüraya qoşmaq istəyirlər. Bizə isə burada xalqı hazırlamaq və onların gətirdikləri qüvvətlə bərabər çar hökuməti əleyhinə üsyan qaldırmağı təklif edirlər. Bir cahangirlə birləşib, başqa bir cahangirə qarşı mübarizə aparmaq bizə yaraşmaz. O biri tərəfdən də biz onların təklifini rədd edərsək, onlar Təbrizə girdiyi vaxt bizi rusofillikdə töhmətləndirib, xain hesab eləyəcəklər, eyni zamanda bu məsələnin İran demokratları arasında ikitirəlik salmaq qorxusu da vardır. Bir çoxlarının fikrinə görə guya İranın alman-osmanlı ittifaqlarına qoşulması məzlum Şərqə nicat verəcəkmiş. Bu qorxu yalnız bizi deyil, İranın gələcəyini təhdid edir, çünki alman və osmanlı silahı bu hərbdə qalib gəlsə, İranın çətin vəziyyəti dəyişməyəcəkdir. İran Almaniya imperializminin müstəmləkəsi şəklini alacaqdır. Bu isə çar müstəmləkəçiliyindən daha dəhşətli, daha qorxuludur.
Bu sözlərdən sonra Nina qolumdan tutub qaldırdı və qələmi götürüb yazmağa başladı. Gecə saat birdə yazdığı cavabı oxudu:
«Hörmətli rəfiqlərl
Çox böyük bir sevgi ilə göndərdiyiniz rəfiqlik məktubunu aldıq, hər məsələdən qabaq salamatlığınız bizə lazımdır ki, ondan da əmin olduq. Göndərdiyiniz məktubu iclasda oxuduq, məktubda qeyd etdiyiniz məsələlər bir çox mübahisələrə səbəb oldu, aralığa müxtəlif fikirlər atıldı, lakin bunların heç birisi sizin qiymətli məktubunuzun tələblərinə cavab deyildir.
Məktubda İranın gələcək səadəti üçün yazdığınız cümlələr bizim üçün qismən aydın deyil, nədənsə bu cəhətləri bir az örtülü keçmişsiniz. Əvvəla, osmanlılarla ittifaq məsələsi yalnız Azərbaycana aid olan bir məsələ deyildir, bu məsələ ümumi İran miqyasında həyata keçiriləcək bir məsələdir.
Bu barədə mərkəzi hökumətin fikri bizə məlum deyildir. Hərgah biz mərkəzi hökuməti bir tərəfə buraxaraq ittifaq məsələsini öz başımıza həll etmiş olursaq, o zaman İran demokratlarının kütlələr içərisindəki nüfuzuna zərbə vurmuş olacağıq.
Hazırda biz mərkəzi bir tərəfdə buraxıb İran-Türkiyə ittifaqı barəsində danışarsaq, heç şübhə yoxdur ki, Hacı Səməd xanın getdiyi yolu davam etdirmiş olacağıq.
Biz yalnız mərkəzi hökumətin deyil, Tehrandakı demokratların da bu barədəki fikrindən xəbərdar deyilik.
Ola bilər ki, onlar bizim fikrimizlə razılaşmadıqları üçün aralıqda ikitirəlik düşsün və qüvvətimiz iki cəbhəyə ayrılsın. Buna görə siz bu məsələni Tehranla razılaşdırıb nəticəsini bizə xəbər verin. Çünki bizim Tehran ilə heç bir əlaqəmiz yoxdur və bu əlaqəni düzəltmək də mümkün deyil. (Vəziyyəti çox yaxşı bilirsiniz, bu barədə təfsilatı lazım görmədik.) Hazırda Azərbaycanda hərc-mərclik və iğtişaş həddindən artıqdır. Çar konsulxanası iğtişaşın Təbrizə sirayət etməməsi üçün qəti tədbirlər görmüşdür. Buna görə də Təbriz xalqının azad hərəkət etməsinə heç bir imkan yoxdur.
Hacı Səməd xan son günlərini keçirməkdədir. Çar hökuməti sərdar Rəşidi (Rəşidülmülk) onun yerinə hazırlamaqdadır. Sərdar Rəşid Baba bağında əyləşib hökuməti ələ almaq üçün hazırlıq aparır.
Təbriz demokratları iki odun arasında qalmışdır. Mümkün olduğu zaman bu odun içindən çıxmaq və bir tərəfə çəkilməyi düşünürlər. Təəssüf olsun ki, bu imkanı da əldə etmək mümkün deyil.
Hərgah mümkün olursa, məktubda bizim üçün aydın olmayan məsələləri tezliklə aydınlaşdırıb, ikinci məktubla bizə xəbər verin.
İnqilab komitəsi).
Nina məktubu bitirib mənə verdikdə gülərək dedi:
– Buna ruslarda deyirlər ki, Nə balıqdır, nə də ətdirə. İndi qoy onlar bu məktubu oxuyub bizim onlara qarşı nə kimi bir cəbhə tutduğumuzu anlasınlar. Biz bu məktubda onların təkliflərini nə rədd edirik, nə də razılıq göstəririk.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xususi-iclas
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.
HəmdünyanToğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.
NaxçıvanToğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Toğrulun qətliSəlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.