Səhifə 4 / 6 · 50%

– Götür əmmaməni başına qoy!

Molla buna etiraz edərək:

– Yaxşı deyil, peyğəmbər nişanəsi ilə şərab məclisində oturmaq yaramaz, – dedikdə Tütünçüoğlu ona bir şillə vurdu:

– Həyasızın birisi, peyğəmbər nişanəsi ilə fahişəxana saxlamaq olarmı?

Tacıqızı durub dışarı çıxmaq istədikdə Quluzadə tapançanı çəkib onu dayandırdı:

– Otur yerə! Yerindən tərpənənin başını qopardaram, – dedikdə o, titrəyə-titrəyə oturdu və:

– Yaxşı evim yıxıldı, öz əlimlə öz qapımı bağladım. Allah xatirinə, pullarınızı verim, özünüz də kefinizi çəkib gedin.

– Biz bura kef üçün yox, bu fahişəxananı dağıtmaq üçün gəlmişik.

Qaraçı qızları özlərinin tora düşdüyünü yəqin etdiklərindən ağlayır və üst-başlarındakı zinətləri götürüb gizlədirdilər.

Quluzadə mollaya əmr etdi:

– Al şərab piyaləsini əlinə, özün də tərpənmə, şəklini götürəcəyəm!

Quluzadə fotoaparatı çıxarıb qaraçı qızları ilə bərabər Molla Qurbanın şəklini götürdü, sonra da Tütünçüoğlu ülgüc və qayçını çıxarıb Molla Qurbanın bığlarını və saqqalını qırxdı.

Növbə Tacıqızına və başqa qaraçı qızlarına yetişdi. Onlar başlarının qırxılmamaları üçün hər nələri varsa aralığa tökdülər. Tacıqızı sandıqdakıları, xalça altında və torpaq içində hər nəyi varsa gətirib təslim etdi. Quluzadə və Tütünçüoğlu bütün zənginlikləri yığıb bağladı və qaraçı qızlarının başını qayçılamağa başladı. Sonra da Tacıqızının libasını Molla Qurbanın əyninə keçirib şəklini aldılar. Tacıqızına isə Molla Qurbanın libasını və əmmaməsini geyindirib əksini götürdülər.

Molla yalvarır, qaraçı qızları isə titrəyirdi. Tütünçüoğlu hər işi bitirdikdən sonra:

– Sizə neçə kərə xəbər verilmişdi ki, bu işlərinizdən əl çəkin, Təbriz qadınlığını fəlakətə və əxlaq pozğunluğuna çəkməyin! Bu sizin əməllərinizin mükafatı deyil, bu cəza sizin üçün çox azdır, ikinci kərə sizin cəzanız ölümdür, – dedi. Sonra da onların hamısını bir-birinə bağladılar. Molla kənarda qalmışdı. Molla Qurbanı bu biri otağa keçirib qapını bağladılar.

Həsənağanın yoldaşlarını da çağırıb otağa gətirdilər, küçə qapısını da içəridən bağladılar.

Molla Qurban başında qızıl araqçın, əynində al ipəkdən don, ayağında atlaz şalvar olaraq ayaq üstündə durub yalvarırdı:

– Məni öldürməyin! Mənim abrımı aparmayınl

– Sənə tapşırırıql – Tütünçüoğlu dedi: – Qapı vurulan kimi gedib açacaqsan, bir kəlmə danışsan öldürəcəyik. Hərgah sözümüzə əməl etsən buraxılacaqsan.

bər nn”

Molla Qurban bütün təklifləri qəbul etdi. Oturub gözləyirdilər, Kazım və Sallax Süleymanın gəlməsi bir saatdan artıq çəkdi, həyətə işıq düşməmək üçün lampanı keçirmişdilər, nə həyətdə, nə də evdə işıq yox idi. Qapı vuruldu, iki nəfər Molla Qurbanı götürüb qapını açmaq üçün apardı. Molla Qurban heç bir söz demədən qapını açdı və tapşırığa görə də tez dönüb evə qayıtdı. Kazım və Süleyman isə onun dalınca Tacıqızının otağına girdilər.

Lampanı yandırdılar, işıqlandıqda Kazım və onun yoldaşı gözünü açıb beş nəfərin əlində onaçılan tapança durduğunu gördü. Kazım:

– Cahillik belə olmaz, – dedi.

– Cahillik belə də olar! – Quluzadə cavab verdi və onları tərksilah etməyə başladı. Onların hər ikisini qaraçı qızları olan otağa keçirdilər. Qaraçı qızlarının libasını onlara, onların libasını isə qaraçı qızlarına geyindirib bığlarını, birçəklərini kəsdilər və bir-birinə bağlayıb qapını üzlərinə qapadılar.

Onlar Tacıqızının otağından çıxıb, Molla Qurbanı da həyətdə ağaca sarıyıb getdilər.

Gök.

Qadınlar üçün kinoteatr təşkil edilmişdi. Bu təşəbbüs böyük müvəffəqiyyətlər qazanırdı, buralara yalnız aşağı təbəqə deyil, aristokrat və kübar qadınları da gəlirdi.

Kinoteatrların qapısında əyan qadınlarını daşımaq üçün yüzlərcə fayton dururdu.

Təbriz qadınları bu yeniliyi sevirdi, çünki onlar bütün ömründə ancaq məscidləri, qəbiristanları, ziyarətgahları və ümumi hamamları görmüşdü.

Qadın kinoteatrlarının hədsiz mənfəət verdiyini görüncə, bir neçə İtaliya, İngiltərə təbəələri, hətta bir neçə amerikalı da kinoteatr düzəltdi.

Çar konsulu və onun əlində alət olan Səməd xanın açdığı otuza qədər mərsiyə yerləri müvəffəqiyyət qazanmadı, mərsiyə yerlərinin bir çoxu qapanmağa başladı. Hacı Səməd xan və çar konsulu kinoteatrların qapadılması üçün o qədər də zəhmət çəkmədi. Günlərin birində kinoların haram olduğuna dair Mirzə Kərim ağa imamcümə və Mirzə Həsən müctəhidin imzası ilə fars dilində belə bir fitva çıxdı:

€Əzbəs ki, kinoteatrlar qadınları əxlaq pozğunluğuna öyrədir, qadınlar kinoteatrlarda şəriətin ziddinə olan şəkillər görür, kinolarda müsəlman qadınları naməhrəmlərin üzünə azad baxır və oralarda xarici qadınların kişilərlə öpüşdüyünü görür, müsəlman qadınları oralarda eşqbazlığa öyrənir, buna görə də müsəlmanlara əmr olunur: hansı qadın kinoteatrlara getsə, həmin qadın ərindən boşanmış hesab olunur! Arvadlarını öz rizası ilə kinoteatrlara buraxan kişilər isə məscidlərə və ziyarətxanalara buraxılmayacaqlarl Arvadlarını kinolara buraxan kişilərin meyiti müsəlman qəbiristanında dəfn edilməyəcəkl Arvadlarını kinoteatrlara buraxan kişilərin şahidliyi məhkəmələrdə qəbula keçməyəcəkdirlə

Bu fitva çıxandan bir neçə gün sonra kinoteatrların bir neçəsi qapandı. Bu hadisə Təbriz qadınları tərəfindən bir müsibət xəbəri kimi qarşılandı. Bu fitva yalnız qadınlar tərəfindən deyil, proqressiv kişilər tərəfindən də nifrətlə qarşılandı, lakin əksəriyyət avam xalqın tərəfində idi, onlar buna etiraz etməyi bacarmadı: bir çox hadisələrdə olduğu kimi yenə də avamlara təslim oldular, xalq öz qadınlarını mədəni həyatdan mən etməyə başladı.

Rus təbəələrinə məxsus olan kinoteatrlar hələlik qapanmamışdı. Lakin oraya qadınlardan bir nəfər də olsun girə bilmirdi, çünki müctəhidlərin fitvasının müdafiəsində hökumət qüvvəsi iştirak edirdi. Bütün kinoteatrların qapısında gizli adamlar, xəfiyyələr və casuslar durub ora gedənləri yoxlayırdı.

Hacı Səməd xanın qadın xəfiyyələri işə düşmüşdü. Onlar kinoları nəzarət altına almışdı. Müctəhidlərin fitvası çıxandan bir həftə sonra rus təbəələrinə məxsus kinoteatrların qapısına belə bir elan yapışdırılmışdı:

«QADINLAR ÜÇÜN AÇILMIŞ KİNOTEATRLAR MƏNFƏƏT VERMƏDİYİ ÜÇÜN HƏMİN TEATRLAR AYIN BİRİNDƏN ETİBARƏN KİŞİLƏRƏ VERİLƏCƏKDİR.

MÜDRİYYƏTə

Ümumiyyətlə, İranda mədəniyyətlə mübarizə aparan qara qüvvələrə qarşı mədəniyyət vasitəsi ilə mübarizə aparmaq mümkün deyildi. Mövhumatı boğmaq və ona üstün gəlmək üçün mədəni təşəbbüslər aciz idi, çünki İranda həyata keçirilən bütün siyasi və iqtisadi macəralar mövhumat üzərində əsaslanırdı, çünki mövhumat üzərində əsaslanan bütün macəralar həm hökumət, həm də ruhanilər tərəfindən müdafiə olunurdu.

Təbrizdə toylarda, ziyafət və kef yerlərində, tiryəkxanalarda oxuyub-çalan cəngilər və qaraçı qızları Hacı Səməd xan tərəfindən siyahıya alınmışdı. Onlar gündəlik xəbərləri Hacı Səməd xana verməli idilər.

Buna görə Təhminə xanım və sairələri qadın mərsiyələri oxunan yerləri yoxlamaq üçün göndərilmişdi.

Təhminə xanım bir neçə gün bu yerləri gəzəndən sonra müvəffəqiyyətli xəbərlər gətirməmişdi. Bu xəbərlərə əsasən qadın mərsiyəxanlarını təmin etmək mümkün olmayacaqdı, çünki qadın mərsiyəxanları mərsiyə oxuduğu zaman yalnız Hacı Səməd xan və çar konsulu tərəfindən aldıqları pullarla kifayətlənməyərək mərsiyə yerinə gələn qadınlardan da nəzir alırmışlar.

Qadınların mərsiyəxanlara verdikləri nəzir köhnə tuman-köynək və sair şeylərdən ibarət idi. Qadın mərsiyəxanları mərsiyədən sonra yığdıqları paltarları qadın bazarına aparıb satırdılar, yaxud öz tanışları vasitəsilə satdırırdılar.

Onlar köhnə paltarlardan başqa mərsiyəyə gələnlərdən bir qran, on şahı və bundan daha az para almağa tənəzzül edirmişlər. Avam Təbriz qadınları öz əyninin köynəyinə qədər, cib dəsmalı, baş şalına, hətta başının köhnə çarşabına qədər imamın yolunda verirmişlər.

Səməd xanın əmrinə görə, Kərbəla hadisəsinin tarixi və İmam Hüseyn macərası məktəblərdə də bir dərs kimi keçilirdi. Cümə axşamları bütün məktəblərdə mərsiyə oxunmasına əmr verilmişdi.

Təhminə xanımın dediyinə görə, qadın hamamlarında da mərsiyə oxuyurmuşlar. Çox iyrənc məsələlərdən birisi də budur ki, mərsiyə oxuyan qadınların əksəriyyəti əxlaqsız qadınlardan, qaraçı qızlarindan və qocaldığı üçün siğə bazarına gedə bilməyənlərdən ibarət idi, çünki siğə olmaq üçün gözəllik və cavanlıq tələb olunurdu.

Yaşı keçən qadınlar isə başqalarını aldadıb «ticarət bazarınan çəkir, yainki mərsiyəxanlıq edir və yaxud savabından ötrü mollalara siğə olurdular. Birinci növbədə bunları camaata tanıtmaq lazım idi. Buna görə də mərsiyə evlərinin və başqa yerlərin divarlarına təxminən bu məzmunda bir intibahnamə yapışdırılmışdı:

Təbriz camaatı! Sizin qadınlarınızı siğəxanalardan, ziyarətgahlardan, məqbərələrdən qurtarmaq üçün qadın əyləncələri və kinoteatrlar təşkil edilmişdi, sizin qadınlarınız da başqa mədəni xalqların qadınları kimi dünyanı görməyə və mədəni ocaqlarda iştirak etməyə başlamışdı.

Lakin buna Hacı Səməd xan Şücaüddövlə razı olmadı. O, qadın teatrlarını qadın mərsiyələri ilə əvəz etdi, çünki ona qadınların mədəniləşməsi əl verməzdi. Təbriz qadınlarının inqilabda iştirak etməsi və öz azadlığı uğrunda çalışması çar hökuməti və onun nökəri olan Hacı Səməd xanın gözünü qorxutmuşdu. Bunun üçün də Təbriz qadınlığının köhnə mövhumat dövrünə qayıtması və uşaqlarını da bu dövrə məxsus mövhumatla böyütməsini məsləhət gördülər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 dəq
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 dəq
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 dəq
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 dəq

Başqa şairlərin şeirləri