XXXIX. Hərəmxana
Səhifə 3 / 3 · 67%
Leyla qara saçlarına dolaşaraq ilan vuranlar kimi qıvrılırdı. Doktor lazımi yardımı verdi və Leyla xanımı ölümdən qurtardı, ingilis həkimi Burnısqıl Leylanın bu vəziyyətindən heç də maraqlanmadı və onun bu fəlakətə düşməsi səbəblərini də soruşmadı. Leyla xanım onun soyuqqanlılığını və yığışıb getmək istədiyini görüncə öz başına gətirilən fəlakəti ona söhbət elədi və nicat verməsini rica etdi.
Leyla xanım bu ricaları etdiyi vaxt ingilis həkimi də etinasız bir surətdə şeylərini əl çamadanına yığmaqda idi. Nəhayət o tamamilə vidalaşıb getmək istərkən:
– Bağışlarsınız!—dedi.—Sizin bu vəziyyətiniz hər bir kəsi düşündürəcək qədər ağır bir vəziyyətdir. Lakin iki mühüm səbəbə görə mən sizə nicat verə bilməyəcəyəm: əvvələn, siz ingilis deyilsiniz, ikincisi biz başqa və müstəqil bir hökumətin məmləkətindəyik. Biz heç vaxt müstəqil olan bir hökumətin daxili işinə qarışa bilmərik. Sizin məsələniz isə İranın daxili işləri cərgəsinə daxildir.
Doktor Leyla xanıma bu sözləri dediyi zaman Əmiri-Əfxəm də içəri daxil oldu, həkim ona müraciətlə:
– Bir daha ehtiyatlı olun! Sizin ev həkiminiz xanımınıza zəhər vermişdir!—deyərək vidalaşdı.
Əmiri-Əfxəm ingilis həkimi ilə bərabər eşiyə çıxaraq onu yola saldı və həyətə qayıtdı, onun əmri ilə həyətdə bir kürsü qoyuldu.
On dəqiqədən sonra Mirzə Loğman həkimi tapıb gətirdilər. Mirzə Loğman həyətdə qoyulan kürsüyə və yerdə qoyulan bir dəstə çubuğa, bir də Əmiri-Əfxəmin əmrinə hazır olan çubuq vuranlara baxdıqda məsələni anladı.
Əmiri-Əfxəm:
– Nəməkbəhəram, bu nə xəyanətdir?!—dedikdə, həkim məsələnin üzə çıxdığını anladı və qorxusundan səsini çıxarmadı. Bütün nökərlər həyətdə idi, hərəmlərin hamısı ipək pərdələrin dalısından gözlərini həyətə dikmişdi, hamının gözü Mirzə Loğmanın ağzında idi, vurulacaq çubuqların sayı hər kəsi maraqlandırırdı. Əmiri-Əfxəm bir kərə:
– Beş yüz çubuq!—dedikdə həkimdən bir qışqırtı çıxdı:
– Amandır! Mənim əhl-əyalıma rəhmin gəlsin,—dedi.
Bu söz həkimin dodaqlarından çıxıb qurtarmamış onu nökərlər cücə kimi götürüb həyətin daşları üstünə saldılar. Həkim üzü üstündə uzanmışdı, bir nəfər onun köynəyini başına qədər çırmayıb başının üstündə oturdu. İkinci nökər isə tumanını ayaqlarına qədər dartıb ayaqlarının üstünə çökdü. Dörd nəfər isə sağda və solda durub növbətlə çubuq vururdu. Çubuqların miqdarını sayan «əlli!» sözünü dediyi za man həkimin qabırğaları parlamışdı, çubuqları qaldırdıqda qan həyətin daşları üzərinə səpilirdi.
Həkim bir də səsləndi:
– Əl saxlayın, ağaya təklikdə deyəcəyəm.
Bu vaxt Əmiri-Əfxəmin baş hərəmi Gəndnabat xanım baxan pəncərənin pərdəsi sürətli bir surətdə salındı.
Həkimin dağılmış bədəninin üstünə palaz parçası atıldığı zaman Gəndnabat xanım da Əmiri-Əfxəmin əmri ilə hərəmxanaya məxsus həbsxana otağına aparılırdı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xxxix-heremxana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.
Çar kazakları mərsiyəxanlıqdaTəbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.
Şeyx Əbdüləzəlin nümayəndəsiİngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.
Sərdar Rəşidin son günləriTehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.
Başqa şairlərin şeirləri
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Qəbri-sədxaqandırEy könül, dünyayi-fani bil-bədahə fandır,Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Həccacın seyidləri qırmasıNecə ki, Yusif-ibn HəccacıNəql edirlər o sahibi-tacı,