Günah onun özündədir
Dostum, incə barmaqlarınSədəflərin üzündədir.Mənim meylim bir sazında,Bir də şirin sözündədir.
Qarayazı meşəsində,Cavan ovçu həvəsində,Qulağım maral səsində,Gözün ceyran izindədir.
Tarixi var hər daşın da,Tərlanın on beş yaşında,Bəzən qarlı dağ başında,Bəzən Muğan düzündədir.
Baxan kimi sərraf gözün,Təmtəraqlı yalan sözünCanı yoxdur, dedin özün,Məna sözün düzündədir.
Zaya getməz alın tərin,Bir gün bitər şah əsərin,Arzuların, diləklərinHələ sənin gözündədir.
Söz şairin ürəyində,Zor binanın dirəyində,Güc pələngin biləyində,Pəhləvanın dizindədir.
Heç əlinə alma əsa,Yetmişində batma yasa,Hər kim yüz il yaşamasaGünah onun özündədir.Bakı, Qazax, 1955
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-gunah-onun-ozundedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu yaxşı cəhətdir, unutmayırsan –Görürəm gəlirsən hərdən bağa da.
Krım bənövşəsiEllər bilir yaranandan bağlıdırÖmrüm boyu meylim sənə, bənövşə.
Vəfasız olduSahil, qumlu sahil qaldı uzaqda,Dəniz, qədim dostum çəkildi getdi.
BənövşəYaşadım çöllərdə on il, on beş il,Yağışda, yağmurda günüm olmadı;
Başqa şairlərin şeirləri
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Azərbaycan el marşıBiz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.
Didilər bu əcəb insan mudur kiDidilər bu əcəb insan mudur ki,Ya adəm ṣurətində can mudur ki
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.