Cami-Cəm, fəsil 106
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
عقل را دل گزیده فرزندیستروح را هم یگانه دلبندیست
Seçmə övladıdır ağılın ürək,Ruhun da sevdiyi bircə odur tək.
نفس نطقی و روح انسانیدل تست، این رواست گردانی
İnsani ruh ilə natiq nəfs, əslən,Sənin ürəyindir, gərək biləsən.
علت آن دو چیست؟ حضرت هوسبب این دو دل، ولی دل کو؟
O ikiyə səbəb Haqdakı qüdrət.Bu ikiyə səbəb ürəkdir fəqət...
زان دو زاد و ز هر دو آزادستکو یکی و آن یکیش بر بادست
O iki doğumdan-ölümdən azad,Bu biri hər şeydən azaddır, heyhat.
دل کند ناز و خود چنین باشدخانه پرورد و نازنین باشد
Ürək naz eyləyər, olmalı belə,Evdə böyüyən kəs yaşar naz ilə.
حافظ راز و محرم پرده استدل از آن رو، که خانه پرورده است
Sirrə gözətçidir, pərdəyə məhrəm,Pərdədə böyümüş çünki o sənəm.
قلب در قلب لشکر ابوینصالح البنیتست و مصلح بین
Atanın, ananın odur ürəyi,Kəbəyə layiqdir, görər hər şeyi.
واحد اینست و ثالث و ثانیتو بدان، آنچنانکه میدانی
Tək budur, ikinci, üçüncünü sənNecə bilirsənsə, elə bil, həmən.
همچو ترسا مباش سرگردانرخ ز ثالث ثلاثه برگردان
Tərsa tək avara etmə özünü,Döndər xaçpərəstdən, döndər üzünü.
روح قدسی مدان به جز دل خودپدر و مادرش روان و خرد
Sənin ürəyindir ülvi ruh belə,Ata-anasıdır ruh ağıl ilə.
قلبت از جان و از خرد زادستباز در قلب هر دو استادست
Ürək doğulmuşdur canla ağıldan,Onlar müəllimdir ürəyə hər an.
نفس تا از کژی خلاص نیافتجای در بارگاه خاص نیافت
Xilas olmadıqca əyrilikdən nəfs,Xaslar dərgahına yol tapa bilməz.
در وجود تو بر، صلیب دلستوندرین باغ عندلیب دلست
Dağlara söykənən ürəkdir səndə,Bülbül də ürəkdir, bax, bu gülşəndə.
دل به طفلی سخن سرای آیددل چو عیسی بر خدای آید
Hələ nitqə gəldi uşaqkən ürək,Allahın yanına getdi İsa tək.
خر عیسی تنست و دل عیسیاین سخن را مدان به تلبیسی
Bədən eşşəyidir, qəlb İsa özü,Hiylə, ya fırıldaq sanma bu sözü.
دل عیسی بر آسمان زد چنگخر عیسی به ریسمان آونگ
İsanın əl atdı göyə ürəyi,Kəndirdən asıla qaldı eşşəyi.
مریم از آسمان بنگریزدعیسی از آسمان نپرهیزد
Məryəm qorxub qaçmaz ipdən heç zaman,İsa üz döndərməz əsla səmadan.
ملکی را بر آسمان هشتندمریمی را به ریسمان رشتند
Mələyi göylərə apardılar, bax!Məryəmi bir ipdən asdılar ancaq.
اندر آن دل کسی ندارد راهجز کلام خدای و ذکر اله
Haqqın sözü, zikri olmasa heç kəs,Bircə an ürəyə yol tapa bilməz.
وگر این دل رها کنی در حالگربه او را بدرد از چنگال
Başına buraxsan ürəyi əgər,Pişik dırnağilə onu məhv edər.
این چنین دل به سگ دهی، نخوردبرچنان دل فرشته رشک برد
Belə qəlbi atsan, it yeməz, gerçək.Elə qəlbə həsəd aparır mələk.
«بیت لحم» تو نیست گر دانیبجز این هیکل هیولانی
Eşit, sən düzünü bilmək istəsən,Başqa evin yoxdur, bu ilk heykəldən.
بر مسیح دل تو «بیتاللحم»لایق آتشست و بابت فحم
Sənin ürəyinin “beytül-ləhm”i, bax,Od ilə alova layiqdir ancaq.
معنی دار و صورت بندشچار طبع مسیح و پیوندش
Mənada, surətdə o qurulan darİsa çarmıxına bənzəyir, aşkar.
آنکه بر دار شد مسیح گلستوآنکه بر آسمان مسیح دلست
Palçıq İsa idi dara çəkilən,Ürək İsa idi göylərə gedən.
تیر سیرش چو بر گشاد آمدملکوت سماش یاد آمد
Seyr oxu cürətlə açanda qanadMələklər mülkünü o, eylədi yad.
نه بپرورد مریم از پاکیروح حق در مشیمهٔ خاکی؟
Allahın ruhunu paklıqla MəryəmTorpaq üzərində bəslədi möhkəm.
مهر دوشیزگی تمیمهٔ اومهر تابنده در مشیمهٔ او
Bəkarət həmayil oldu onunçün,Alnına şəfəqlər saçdı hər an gün.
هر که بر فرج ازین حصار کندبا ملک دست در کنار کند
Namusdan bu sayaq kim çəksə hasar,Göydə mələklərlə qol-boyun olar.
فکرتش چون نشد بغیری خرجنفخ روحش دمیده شد در فرج
Özgəylə yaşamaq istəmədi o,Üfürüldü ona Allahın ruhu.
تن، کزان آستان فتوح کندآستینش قبول روح کند
Bir bədən bu fəthə yetişsə əgər,O, belə bir ruhu qəbul eyləyər.
چون نگشت از مقابلی هدفشقابل نفخ روح شد صدفش
Çünki o, olmadı özgəyə hədəf,Ruhla üfürüldü ondakı sədəf.
نفس را دل دلیل فرزندیکرد ثابت به حکم مانندی
Nəfsə yol göstərdi bu zaman ürək,Onu övlad etdi hökm verərək.
نیست جز دل عصای این بندهکه کند خاک مرده را زنده
Bəndənin əsası ürəkdir ancaq,Onunla dirilər o ölü torpaq.
دهد آنرا که امر حق شد جفتز رحم بچه و ز پستان گفت
Tanrının fərmanı olarsa əgər,Rəhim uşaq verər, döş də süd verər.
آب اصلست و فرعها بیمرامر حق نیز را چنین بنگر
Burda su əslidir, törəyən köksüz,Haqqın əmrini də belə bil, şəksiz.
نفس او چون که شد به عصمت فاشصدف روح گشت سرتاپاش
Nəfsi tanınmışdı isməti ilə,Ruha sədəf oldu, odur ki, elə.
قطره کز حق نزول داند کردصدف دل قبول داند کرد
Damla Haqdan nüzul eyləsə əgər,Ürəyin sədəfi qəbul eyləyər.
مکن، ای مرده دل، به زجر و به زورخویشتن را به زندگی در گور
Ey ölü ürəkli, zorla, güc iləÖzünü qəbirə basdırma belə.
تا دل و حق دل ندانی توحکمت این سجل نخوانی تو
Ürəyi, haqqını bilmədikcə sən,Bu sözün əslini qana bilməzsən.
نظر دل چو بر کمال بودعشق خوانند و عشق حال بود
Kamala düşərkən ürəyin gözü,Buna eşq deyərlər, oldu hər sözü.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-106
← → düymələri ilə keçid, R — təsadüfi şeir