Cami-Cəm, fəsil 107
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
عشق و دل را یک اختیار بودعقل و جان را دویی حصار بود
Birdir eşqin, qəlbin hər ixtiyarı,Ağıl, can onların olmuş hasarı.
ز آستان عقل پیشتر نرودعشق خود ز آشیان بدر نرود
Ağıl astanadan getməz qabağa,Eşq ordan ayağı basmaz qırağa.
بال دل چیست؟ عشق دیوانهبند جان کیست؟ عقل فرزانه
Deməli, eşqdir ürəyə qanad.Canın da cidarı ağıldır hər vaxt.
عشق دیوانه را چو برخوانندعقل فرزانه را بدر مانند
Bil ki, dəli eşqi çağıran zaman,Ağılı bayırda qoyarlar haman.
هر که عاشق نشد تمام نگشتوانکه در عشق پخت خام نگشت
Aşiq olmayanlar, kamil olmadı,Kim eşqə düşdüsə, o çiy qalmadı.
همره عشق شو، که یار اینستدر پی عشق رو، که کار اینست
Eşqə yoldaş ol ki, budur yar özü,Eşqin ardınca get, iş budur, düzü.
عقل ورزی، ز کار سرد شویعشق ورز، ای پسر، که مرد شوی
Ağılla işləsən, işdən qalarsan,Eşq ardınca getsən, kişi olarsan.
میل صورت به شهوتست و هوسمیل معنی به عشق باشد و بس
Şəhvətə, həvəsə meyl edir surət,Eşqə meyl eləyir mənasa fəqət.
عقل شمعست اندرین خانهمرد در پای عشق پروانه
Ağıl bu mənzildə yanan bir çıraq,Onu ayaqlamış dəli eşq ancaq.
عشق خواند ترا به عالم محوعقل گوید ز فقه و منطق و نحو
Eşq səni fənaya, məhvə səsləyir.Ağılsa məntiqə, nəhvə səsləyir.
سینه را عشق چاک داند کردنفس را عشق پاک داند کرد
Eşq sənin sinəni atəşdə yaxır,Eşq nəfsi çirkabdan çəkib çıxarır.
تبش نور کبریا عشقستآتش خرمن ریا عشقست
O nurdan şölə tək axan eşqdir.Riya xərmənini yaxan eşqdir.
عشق برقیست کام سوزندهوز تمامی تمام سوزنده
Eşq, kamı yandıran şimşəyə oxşar,Kamil olduğuyçün yaxar hər nə var.
عشق را روی در هلاک بودهر کرا عشق نیست خاک بود
Həlaka doğrudur, bil, eşqin üzü,Kimdə eşq yoxsa torpaqdır, düzü.
تا ز هستیت شمهای برجاستنتوان راه عشق رفتن راست
Qalsa varlığından bir zərrə belə,Düz gedə bilməzsən eşq yolu ilə.
بندهٔ رنج باش و راحت بیندفتر عشق خوان، فصاحت بین
Zəhmətə bəndə ol, səadətə bax!Oxu eşq dəftərin, fəsahətə bax!
مرد عاشق ز عشق گویا شدگل ببین کو ز گل چه بویا شد؟
Eşq əhli eşq ilə gəlmişdir dilə,Güldən ətirlidir o palçıq belə.
جدل و بحث لاولن دگرستناطق عشق را سخن دگرست
Boş-boş çənə döymək ayrıdır özü,Eşq sözü deyənin başqadır sözü.
هوس از صورتی گذر نکندعشق در هر دو شان نظر نکند
Zahirdən o yana keçməz ehtiras,Eşq isə onlara nəzər də salmaz.
عشق را از هوس نمیدانیلاجرم «بشر» و «هند» میخوانی
Eşqi ehtirasdan seçə bilməsən,Deməli, Bəşrü Hind oxuyursan sən.
عقل جویان بود سکونت راعشق برهم زند رعونت را
Sükunət axtarar ağıl hər zaman,Eşq qaçar gücsüzlük, həyatsızlıqdan.
رخ او کس به خود نداند دیدعشق بیخود رخش تواند دید
Onu görə bilməz heç kəsin gözü,Ancaq görər onu dəli eşq, özü.
آسمانها به عشق میگردنداختران نیز در همین دردند
Göyləri gəzirlər ancaq eşq ilə,Düşmüşdür bu dərdə ulduzlar belə.
عشق جام تو و شراب تو بسعاشقی محنت و عذاب تو بس
Cam ilə şərabın eşq olsa bəsdir,Möhnətin, əzabın eşq olsa bəsdir.
گر ازین بوته خالص آید مردنرسد دوزخش دو اسبه به گرد
Əgər bu kürədən saf çıxsa insan,Cəhənnəm gen olar ondan hər zaman.
گرمی از عشق جوی، اگر مردیهر که عاشق نشد، زهی سردی!
Odu eşqdən istə, əgər kişisən,Nə qədər soyuqdur eşqə düşməyən!
عشق روی و ز نخ نمیگویمبا تو از برف و یخ نیمگویم
Üz, çənə eşqini söyləmirəm mən,Sənə qardan, buzdan söz demirəm mən.
عشق آن شاهدان بالاییکه کندشان سپهر لالایی
Göylər lay-lay çalan o bütlərə bax,Onların eşqini deyirəm ancaq.
دلبری جوی و پای بندش باشآتشی بر کن و سپندش باش
Özünə bir yar tap, qulu ol haman,Bir od yandıraraq üzərlik tək yan.
خیز و جامی ز دست مادر کشتا ببینی جمال وقتی خوش
Bir cam da qalx bizim əlimizdən al,Bəlkə bu xoş vaxtda gördün bir camal.
گر چه کوتاه دیدهٔ باممدور کن سنگ طعنه از جامم
Damım görünsə də gözünə alçaq,Et tənə daşını camımdan uzaq.
راه باریک و وقت بیگاهسترو بگردان، که چاه در راهست
Vaxt ötüb keçmişdir, bu yol isə dar,Geri dön, yolunun üstdə quyu var.
جام ما را مده به بد مستانور دهد نیز دست بد، مستان
Vermə camımızı pis sərxoşa sən,Pis əl cam verərsə, alma əlindən.
عشقداری و پای جنبش هستمنشین، دست یارگیر به دست
Eşqin var, getməyə ayağın da var,Durma, yar əlini tut, ol bəxtiyar.
مرد در راه عشق مرد نشدتا لگد کوب گرم و سرد نشد
Eşqdə istiyə-soyuğa insanDözməsə, mərd olmaz əsla heç zaman.
سخن عاشقان به حال بودنه به آواز و قیل و قال بود
Eşq ilə deyilər aşiqin sözü,O çığır-bağıra çevirməz üzü.
هر چه در خط و در بیان آیددست بیگانه در میان آید
Hər bir söz deyilən, yazılan zamanYad əllər meydana gəlirlər haman.
تو مگو: چون ز دل به دل راهست؟کانکه دل دارد از دل آگاهست
Sən demə, ürəkdən ürəyə yol var,Ürəyi olanlar olar xəbərdar.
دل چو نعل اندر آتش اندازدعرش را در کشاکش اندازد
Atsa öz nalını odlara ürək,Təlatümə gələr bu qoca fələk.
همت دل کمند عاشق بسیاد معشوق بند عاشق بس
Aşiqə kəmənddir qəlbin hümməti,Aşiqə cidardır məşuq həsrəti.
دیگر، ای مرغ دل، به پرواز آیدر چه اندیشه رفتهای، باز آی
Qalx, ey ürək quşu, bir də göylərə,Qayıt, nə dalmısan düşüncələrə!
سخنی کش به راز باید گفتچون بهر جای باز شاید گفت؟
Örtülü deməli olan bir sözüNecə demək olar hər yerdə, düzü?!
چیست گفتن چو اشک داری و آهقاضی عشق را بس این دو گواه
Göz yaşı, ah varsa demək nə gərək?!Bəsdir iki şahid eşq üçün, gerçək.
من و ما تا بچند دشمن و دوست؟بس ازین بیخودی خود همه اوست
Bəsdir söylədiyin dost, düşmən, mən, biz,Odur hər nə varsa, bil, ey xəbərsiz.
چند گویی که: شیشه بشکستیکی بود کار جام بیمستی؟
Şüşəni sındırdın demə bu qədər,Şərab içən adam məst olmaz məgər?!
جد و جهدی بکار میبایدهر کرا وصل یار میباید
İstəsə qovuşsun yara bir adam,O, gərək cəhd ilə çalışsın müdam.
همه محرومی از نجستن تستبیبری از گزاف رستن تست
Axtarmadığından məhrum olmusan,Özbaşına bitib barsız qalmısan.
عاشق بیطلب چه کرد کند؟مرد باید، که کار مرد کند
Aşiq axtarmasa nə iş görəcək?!Kişi kişi kimi işləsin gərək.
درد ما را به مرغ و ماش چکار؟عاشقان را به نان و آش چکار؟
Toyuqla, dən ilə nə işimiz var?!Aşiq su, çörəyə meyl etməz, aşkar!
نظر دل چو بر جمال بودعشق خوانند و عشق حال بود
Camala üz tutsa ürəyin gözü,Buna eşq deyərlər, haldır eşq özü.
تا نخوانی مقالتی در عشقنکنی وجد و حالتی در عشق
Eşqdən bir səfhə oxumasan sən,Zövq ilə sevincə çata bilməzsən.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-107
← → düymələri ilə keçid, R — təsadüfi şeir