Cami-Cəm, fəsil 120
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
گر مریدی ز دار دور شوددر مریدی در آن حضور شود
Əgər müridsənsə, sən çıxma yoldan,Əgər yağısansa, gen dur hüzurdan.
چون ترا نیز عزم این راهستدل تو زین عزیمت آگاهست
Bu yolla getməyə əgər əzmin var,Qəlbin bu mənzildən olsa xəbərdar,
رخ به راه آر و رخت بر خر نهجای پرداز و پای بر در نه
Yola gəl, yükünü tez eşşəyə çat,Özünə yer düzəlt, ora addım at.
چار عنصر به چار میخ در آرشاخ تن را ز بار وبیخ درآر
Həm də dörd ünsürü dara çək həmən,Bədən budağını tez kəs kökündən.
مرم از دار، تا به تخت رسیپای بردار، تا به بخت رسی
Bəlkə də bu dardan çatasan taxta,İrəli yeri ki, çatasan baxta.
شیر مردان دین به آخر کارنردبانی بساختند از دار
Dinin aslanları sonda hər zamanNərdivan düzəldər dar ağacından.
تا بدان نردبان نگاه کنیبر نهی پای و برگ راه کنی
Bəlkə nərdivana salasan nəzər,Hazırlıq görərək edəsən səfər.
آنکه بالای نردبان بلاستراه بالات مینماید راست
Qəm nərdivanının fövqündə olan,Sənə yuxarını göstərir haman.
تا تو جز چوب و در ندانی دیدرازهای دگر ندانی دید
Ağacdan özgə şey görmədikcə sən,O özgə sirləri görə bilməzsən.
سخن عشق زیر و بالا نیستدر ره عشق رخت و کالا نیست
Yuxarı, aşağı bilməz eşq özü,Olmaz eşq yolunda var-dövlət sözü.
نزد مردان بلا و بخت یکیستپیش عشاق دار و تخت یکیست
Kişilər yanında bəla, baxt birdir,Aşiqlər yanında darla taxt birdir.
نتراشند جز به یک منوالتخت مردان و تخته غسال
Çünki həm tabutu, həm taxtı ancaqYonub düzəldirlər bax eyni sayaq.
تاجشان بی سری و سامانیستتخت تابوت عالم فانیست
Onların tacıdır yoxsulluq özü,Dünya tabutudur taxtları, düzü:
نیست در راه عشق پیچ مپیچروشنی در فناست، دیگر هیچ
Yoxdur eşq yolunda bir əyri, yalan,İşıq fənadadır, bir heçdir qalan.
با تو تا ذرهای ز هستی هستهمچنان نام بتپرستی هست
Varlıqla zərrəcə olsa əlaqən,Deməli, hələ də bütpərəstsən sən.
بت تن را بهل، که بیش ارزیبت تست آن، بروچه ملیرزی؟
At bədən bütünü, qiymətin artar,Bir bütdən ötəri çox əsmə, zinhar!
بت شکن باش، تا که چست شویبت رها کن، که تن درست شوی
Büt sındıran ol ki, tamam olasan,Bütü kənar et ki, sağlam olasan.
تاج و تختی که پاو سر داندعاشقش کم ز خاک در داند
Taxt-tac baş-ayaq tanıyır ancaq,Aşiqçün əskikdir torpaqdan da, bax.
چه بود چوب خشک یا زر زرد؟که بدان پای و سر نگارد مرد
Nədir quru ağac, ya qızıl, söylə,İnsanlar bəzənsin onunla böylə?!
تخت مردان ز عزتست و سکونتاجشان سر امر «کن فیکون»
Kişilərin taxtı, izzət, ehtişam,Tacları Allahın sirridir müdam.
برچنین تاج و تخت کن شاهیتا بگیری ز ماه تا ماهی
Belə taxt-tacla şahlıq etsən sən,Balıqdan Ayacan fəth eyləryərsən.
بر فلک بیعروج نتوان رفتبه سفر بیخروج نتوان رفت
Qanadsız göylərə, bil, qalxmaq olmaz,Səfərə xərcliksiz heç çıxmaq olmaz.
نفس با عقل چون یگانه شودکی چو تن مبتلای خانه شود؟
Ağılla nəfs özü bir olsun gərək,Onda ev əsiri olmaz bədən tək.
نفس را عقل کن به دانش و دادتا به عرشت برآورد چون باد
Nəfsini elm ilə ağıllandır sən,Onda yellər kimi göyə gedərsən.
علم نفس ترا به عقل کنداین سخن دل درست نقل کند
Elm ağıllı edər nəfsini, düzü,Ürək düz danışar ancaq bu sözü.
دور کن حرص خورد و خواب از خودسهل کن باربان و آب از خود
Bu yeyib-yatmaqdan tamam qaç uzaq,Eylə su, çörəyi özündən iraq.
جز ریاضت مکن دگر پیشهتا شود بی کدورت اندیشه
Ancaq riyazəti sən eylə peşə,Ta fikrin gen olsun qəmdən həmişə.
مده اندیشه جز به جان خردآشنا گرد با روان خرد
Ağılın canilə düşün hər zaman,Ağılın ruhilə yoldaş ol hər an.
جز خرد نیست کز خدا گویدروح ازو گفت هر چه وا گوید
Allahdan söz açan ağıldır ancaq,Ruh da o deyəni təkrar edər, bax!
نفس تا بر خرد ندارد گوشنتواند حدیثی از سر هوش
Nəfs ağıla qulaq asmasa əgər,O, hardan ağıllı bir söz söyləyər?!
مهل این نفس را دمی بیفکرتا بیابی هزار گوهر بکر
Bu nəfsi fikirsiz qoyma heç zaman,Ta ki min bakirə gövhər tapasan.
بکن از راه حکمت و معقولسیر در عالم نفوس و عقول
Sən ağıl yolilə, hikmət yoliləNəfs, ağıl aləmin daim seyr elə.
گرچه نتوان که ذات بین گردیزین دو گوهر صفات بین گردی
Bu iki gövhərlə zatı görməsən,Barı sifətini görəcəksən sən.
هرچه فانیست در ضمیر مهلجز به باقی مده تصور دل
Könlündə yer vermə fani olana,Bağla ürəyini baqi qalana.
فکر صافی ز ذوفنون خیزدفکر آشفته از جنون خیزد
Düz fikir hünəri olandan doğar,Baş-ayaq danışar dəli, aşikar.
فکر چون صاف شد، صفات دهدرخ به درگاه اصطفات دهد
Fikir saf olarsa, sifətlər verər,Haqqın dərgahına səni gətirər.
هرچه فانیست خود خیال بودفکر فانی ترا وبال بود
Hər nə fanidirsə, xəyaldır, düzü.Fanini düşünmək günahdır özü.
نتوانی به چشم سر دیدنجز سروریش و بام و در دیدن
Bu başında olan gözlər ilə sənAncaq qapı-baca, saqqal görərsən.
چشم سرت لقا تواند دیدنفس باقی بقا تواند دید
Zahiri görərsən başdakı gözlə,Bəqanı görərsən baqi nəfsinlə.
جان چو باقیست او بقا جویدتن فانی چه ارتقا جوید؟
Çünki can baqidir, deyər bəqadan,Deyər fani bədən ancaq fənadan.
ده نشین به دود سوی رز خویشجنبش هر کسی به مرکز خویش
Kəndli, hara getsə dönər mənzilə,Hər şey mərkəzinə meyl edər belə.
علم باقی بدان که چیست؟ بجویوین بقا در دیار کیست؟ بپوی
Sən baqi elmini öyrən, onu gəz,Gör bəqa hardadır, ora yüyür tez.
لوح نفس از خیال خالی کنپر ازین نقش لایزالی کن
Sən nəfs lövhəsini boşalt xəyaldan.Baqi naxışlarla bəzə hər zaman.
هر چه در جنت تو دیده شودهم ز کردارت آفریده شود
Hər nə qismət olsa cənnətdə sənə,Onlar bir əvəzdir əməllərinə.
وان عذابی که سرنوشته تستهم یقیندان که سرگذشته تست
Alnına yazılan əzab, əziyyətSənin öz səpdiyin toxumdur fəqət.
عملت پیش میرود به بهشتتا ز بهر تو خانه سازد و کشت
Əməlin cənnətə səndən tez gedir,Səninçün ev-eşik tədarük edir.
خلق نیک توحور خواهد شدرای عالی قصور خواهد شد
Yaxşı xasiyyətin olacaq mələk,Yüksək fikirlərin qəsrə dönəcək.
گفتهای خوش که بر زبان آیدمرغ و حلوای پختهزان آید
Dilinə aldığın hər xoş söz ancaqBişmiş toyuq ilə halva olacaq.
شاخهای مرصع از گوهرسخن تست، ازین سخن مگذر
Gövhər boyunbağın sənin, bil, düzü,Dediyin sözlərdir, eşit bu sözu.
کوثر از دانش لدنی خاستسلسبیل از طریق جستن راست
İlahi bilikdir kövsər suyu, bil,Haqqı aramaqla çağlar səlsəbil.
خوب کاران او چو کشت کنندگاو در خرمن بهشت کنند
Yaxşı əməllilər əkəndə əkin,Öküzü cənnətə buraxar, yəqin.
آنکه فردا بهشت فاش برندپیشهکاران دانه پاش برند
Sabah gedəcəklər cənnətə, aşkar,Əkinçi-biçinçi, bir də peşəkar.
آدم از جهل بست برتوشهاز چنان خرمن اینچنین خوشه
Cahil olduğuyçün Adəm də həmənBelə bəhrə aldı elə xərməndən.
هم ضعیفی و هم ظلوم و جهولبا سه عیب چنین مباش فضول
Zəifsən, zalımsan, həm də ki nadan!Bununla səndəki üzə bax, aman!
بر عصای قبول تکیه مزنکه «عصی آدمت» زند گردن
Qəbul əsasına dayanma, zinhar!Yoxsa, bu əsayla boynun vurular.
تا دلت مرغ پخته خواهد و میچون نهی در بهشت باقی پی؟
Şərab, bişmiş toyuq istədikcə sən,Əbədi cənnətə necə gedərsən?!
بگذر زین بهشت پردانهدر بهشت خدای برخانه
Bu dənli cənnətdən keçmədikcə bilHaqqın cənnətinə yol açıq deyil.
تو به دهقان رها کن و بیوهگندم و مرغ و قلیه و میوه
Buğdanı, meyvəni, toyuğu həmənDul arvadlar ilə kəndliyə ver sən.
زان رحیق اردمی دونوش کنیهم چو دریا ز عشق جوش کنی
O camla mey içsən, əgər bircə an,Eşqdən dəryatək dalğalanarsan.
تا که دریاست جوش دریا هستجهد کن تا شوی چو دریا مست
Dənizdə dalğa da olar, bu bişəkk,Çalış məst olasan sən də dəniz tək.
جوش دریا تمام خواهد بودجوش تست آنکه خام خواهد بود
Dəniz dalğasilə kamildir hər an,Sən dalğalansan da, çiy qalacaqsan.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-120
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəsra bir gün çıxdı şəhərdən çölə,Gəzdi hər tərəfi atlılar ilə.
Cami-Cəm, fəsil 36Zülmün zülmətindən zülmət olar yol,Ədalət olmalı qoşuna sağ-sol.
Cami-Cəm, fəsil 37Şaha yaxınsansa əgər, ey oğul,Səhv etmək yaramaz, çalış ayıq ol.
Cami-Cəm, fəsil 38Ey oğul, bu yolu asta get görək,Qoy iti gedərək qızmasın ürək.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
On altı gözəlin seyrinə vardım,Gözüm düşdü gözəllərin dördünə.
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Gərək...Qoca təbiətin qanunu çoxdur,Bilinmir hesabı, bilinmir sanı,
Alimin zalım padşaha cavabıDedi bir əhli-elmə bir zalim –Key olan şər sirrinə alim!