Cami-Cəm, fəsil 38
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
نرم باش، ای پسر، به رفتن، نرمتا نگردد دلت به رفتن گرم
Ey oğul, bu yolu asta get görək,Qoy iti gedərək qızmasın ürək.
این صفتهای لاابالی چیست؟تو چه دانی که چند خواهی زیست؟
Nədir laubali bu sifət, burax!Kim bilir nə qədər o, yaşayacaq.
گفتهای: از جهان چو میگذریمخود بیا تا غم جهان نخوریم
Deyirsən, dünyadan getməliyik biz,Gəlin, heç qəmini çəkməyək, hərgiz.
گر نمانی نه در شمار شویور بمانی نه کم وقار شوی
Hesaba gəlməzsən qalmasan da sən,Qalsan da, heç zaman vüqar görməzsən.
چه ضرورت به ترک تازیدن؟پیش شمشیر مرگ بازیدن؟
Çapıb talamağa, nə ehtiyac var?!Ölüm qılıncıyla oynama, zinhar!
گوش بر قول ناخلف کردن؟مال و اوقات خود تلف کردن؟
Naxələf sözünə qulaq asaraqMalını, vaxtını itirmə nahaq.
کوش تا خویش را نیاراییکه نمانی اگر بکار آیی
Çalış ki, özünü bəzəməyəsən,İşə yarasan da, qalan deyilsən.
در تو چون روزگار چشم کندچون تواند دلت که خشم کند؟
Sənə göz dikərsə ruzigar əgər,Könlün hirslənməklə neyləyə bilər?!
شاید ار حال خود بگردانیتا مگر چشم بد بگردانی
Əgər öz halını dəyişsən ancaq,Pis gözü özündən edərsən uzaq.
باد سر خاکسار خواهدبودباده خور خاک خوار خواهد بود
Havalı, ayaqlar altda qalacaq.Mey içən torpaq tək çox xar olacaq.
نفس اگر شوخ شد، خلافش کنتیغ جهلست در غلافش کن
Nəfsin şuxluq etsə, cəza ver ona,O, cəhl qılıncıdır, qoy onu qına.
نه شب عیش و باده خوردن تستکه آبروی جهان به گردن تست
Kef çəkmək, mey içmək axşamın deyil,Dünyanın abırı boynundadır, bil,
دوستی زین عمل به باد شوددشمن خود مهل، که شاد شود
Bu işlə dostunu verərsən yelə,Qoyma şad olmağa düşməni belə.
بر سبکسر نشاید ایمن بودکه سبکسر به سر در آید زود
Yüngül adamlardan uzaq ol, uzaq!Tez başaşağı yuvarlanacaq.
کم شنیدم که مرد آهستهگردد از خوی خویشتن خسته
Heç eşitmədim ki, toxtaq bir insanOlsun əməlindən bir gün peşiman.
نیست در شهرسست فرهنگیهیچ عیبی بتر ز بیسنگی
Tapılmaz şəhərdə elə bir xətər,Olsun yüngüllükdən o daha bətər
در هنر بس پدر که داد دهدپسری شپ شپش به باد دهد
Çox ata hünərə sahib olsa da,Övladı ömrünü tez verir bada.
ای که رویت به قربت شاهستچه روی کابگینه در راهست؟
Ey şahla yaxınlıq eyləyən kəs sən,Yolunda şüşə var, hara gedirsən?!
میروی، نرم تر بنه گامتتا مبادا که بشکنی جامت
İndi ki, gedirsən, asta addım at,Çalış ki, şüşəni sındırma, heyhat!
حیف! عیشی چنین به دست آوردپس به طیشی درو شکست آورد
Heyifdir, bu eyşə çatıb dünyada,Sonra yüngüllükdən verəsən bada.
گر بترسی ز پادشاه خموشدر مراعات سر شاهی کوش
Şahdan qorxursansa, ağır ol hər an,Şahın sirlərini sən saxla pünhan.
شاه خاموش با تو در سازدسر شاهی سرت بیندازد
Əgər dinməz olsan, şah yola gedər,Ancaq şahın sirri səni məhv edər.
گر نه دین قاید امارت تستبس خرابی که در عمارت تست
Böyük məqamını qorumasa din,Mülkün viran olub dağılar sənin.
خود نمایی به اسب و جامه مکنگوش بر اهل سوق و عامه مکن
Göstərmə paltarla, atla özünü,Alma qulağına bazar sözünü.
راست گردان ز بهر نام بلندسیرتی خاص گیر عام پسند
Yüksək bir ad üçün çalış hər zaman,Hamıya xoş gələn bir sifət qazan.
چند جویی برین و آن پیشی؟نه کز ابنای جنس خود بیشی؟
Çalışma ötməyə onu, bunu sən,Sən ki başqasından artıq deyilsən?!
تو نبودی پدیدت آوردندپس به گفت و شنیدت آوردند
Səni yaratdılar heç yox ikən sən,Danışmaq, eşitmək verdilər həmən.
باز فانی شوی به آخر کاربه سگان باز دار این مردار
Axırda yenə də heç olacaqsan.Sən at bu cəmdəyi itlərə başdan.
در میان دو نیست هستی توغایت غفلتست مستی تو
Yaramaz iki yol arasında bax,Olan bir varlıqla belə məst olmaq.
چه نهی در میان این دو فنابر خود و دوش خویش رنج و عنا؟
Bu iki yoxluğun arasında sənƏziyyət yükünü niyə çəkirsən?!
هر که بالاترست منزل اوبه تواضع رغوبتر دل او
Rütbəsi, mənsəbi yüksək adamlarÜrəkdən olarlar çox təvazökar.
همه را روی در تو و تو به خوابچه دهی پیش کردگار جواب؟
Hamı sənə baxır, sənsə Yatmısan,Cavab istəyəcək səndən yaradan.
قرب سلطان مبارک آنکس راستکه کند کار مستمندی راست
Şahla yaxınlığa layiqdir o kəs,Möhtaca əl tutur, yaşamır əbəs.
خوش بباید بر آن امیر گریستکه به تدبیر روستایی زیست
Kəndli hesabına yaşarsa sərhəng,Onun bu halına ağlamaq gərək.
روستایی کند کفایت و صرفتو مگر سازی از خراجش طرف
Kəndli hey çalışır çəkərək zəhmət,Sənsə xərac alıb edirsən işrət.
وانگهی خویش را امین دانیآه اگر مردمی چنین دانی!
Sonra qoruyucu adlanırsan, ah!Sənincə, insanlıq budursa, eyvah!
مکن از بهر این تفرج و فرجرزق ده ساله را به زودی خرج
Bu kefdən ötəri bir anda, yetər,On illik ruzini xərc etmə hədər.
بیوه زن دوک رشته در مهتابکرده بر خود حرام راحت و خواب
Qarı ip əyirmiş Ay işığında,Rahatlıq bilməmiş o, bircə an da,
خایهٔ مرغ گرد کرده به صبرتا بیاید امیر و از سر جبر
Yumurta yığmışdır dözüm, səbr ilə,Ta əmir aparsın onu cəbr ilə,
خایهها را به خایگینه کندمرغ و کرباس را هزینه کند
Qayğanaq etməyə alsın onları,Doldursun toyuqla, bezlə anbarı.
وانگهی بر نشیند و تازدفلکش سر چرا نیندازد؟
Sonra da otursun qürrələnərək.Ah! Niyə başını üzməyir fələk?!
به جفا دل مهل، که چست شودکانچه بشکست کی درست شود؟
Zülmə ürək vermə, birdən güc gələr!Bir sınan bir daha hardan düzələr?!
چه نهی بر نهال خود تیشه؟در بریدن بباید اندیشه
Ağacına balta vurursan neyçün?Onu kəsəndə də barı bir düşün.
غضبی، کز طریق دانش خاستعقل و دین عذر آن تواند خواست
Qəzəb baş qaldırsa ağıl yolilə,Onu mümkün sayar ağıl, din belə.
آن غضب ناپسند باشد و زشتکه چو کردی مجال عذر نهشت
Pisdir, yaramazdır o qəzəb ancaq,Baş versə çətindir haqq qazandırmaq.
در جهان هر چه حکمت و ریوستهمه تریاک زهر این دیوست
Nə qədər elm, hikmət bilirsə cahan,Bu div zəhərinə onlardır dərman.
خرد و جانت ار تمام شوندغضب و شهوتت غلام شوند
Əgər ağlın, ruhun kamilsə, əlbət,Sənin qulun olar qəzəblə şəhvət.
بس رسول و نبی شدند هلاکتا جهان زان دو دیو گردد پاک
Qovmaqçün bu iki divi dünyadan,Nə qədər peyğəmbər məhv oldu, aman.
این دو را گر تو زیر گام کنیخویشتن را بلند نام کنی
Sən ayaq altına alsan bunları,Adın uca olar, başın yuxarı.
مکن از جام جهل خود را مستکه بیکباره میروی از دست
Nadanlıq camından məst olma gəl sən,Yoxsa, birdəfəlik əldən gedərsən.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-38
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən ey həqiqəti axtaran insan,Bu incə sözlərə üz çevir bir an.
Cami-Cəm, fəsil 19Bilik can quşuna qanaddır, inan,Ruhunu göylərə odur qaldıran.
Cami-Cəm, fəsil 20Bu kitab övliya kitabıdır, bax!Yaramaz şöhrətçün onu aparmaq.
Cami-Cəm, fəsil 21Sevinclə qət etdim dünən gecə mən,Qoy bir məclis qurum bu camla hökmən.
Başqa şairlərin şeirləri
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Qəzəl: Qönçə tək eldən kişi sirrin nihan etmək gərəkQönçə tək eldən kişi sirrin nihan etmək gərək,Aşiqi-yekrəng olan bağrını qan etmək gərək
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,