شرم دار، ای پدر، ز فرزندانناپسندیده هیچ مپسند آن

Ey ata, bir utan öz övladından,Pisi rəva görmə ona heç zaman.

با پسر قول زشت و فحش مگویتا نگردد لئیم و فاحشه گوی

Oğluna pis deyib söymə dünyada,Onda söyüş söyən olacaq o da.

تو بدارش به گفتها آزرمتا بدارد ز کرده‌های تو شرم

Abır, həya gözlə söz danışanda,O da həya edər, utanar onda.

بچهٔ خویش را به ناز مدارنظرش هم ز کار باز مدار

Nazla böyüməsin qoy çox da övlad,Onu iş-gücdən də eyləmə azad.

چون به خواری برآید و سختینکشد محنت و زبون بختی

Sonra çətinliyə düşərsə əgər,Bu möhnət, bədbəxtlik onu məhv edər.

کارش آموز، تا شود بندهجور کن، تا شود سر افگنده

İş öyrət ki, sənə bəndəlik etsin,İncit, başaşağı işinə getsin.

مدهش دل، که پهلوان گرددتو شوی پیر و او جوان گردد

Pəhləvan olmağa buraxma, gerçək,Çünki sən qocalsan, o, gəncləşəcək.

گر کمانش خری، چو تیر شودور کمر یافت، خود اسیر شود

O, oxa dönəcək, sən alsan kaman,Əgər kəmər tapsa, əsirdir haman.

ننشیند، سفر کند ز برتبگدازد ز هجر خود جگرت

Yanında durmayıb edəcək səfər,Oda qalanacaq hicrindən cigər.

هر دم آید به روی او خطریهر زمان آورند ازو خبری

Hər zaman yeni bir xətər görəcək,Hər zaman yeni bir xəbər gələcək.

مادر از اشتیاق او میردپدر اندر فراق او میرد

Ana həsrətilə verəcəkdir can,Ata fərağıyla gedər dünyadan.

چون هوس کرد پنجه و کشتیشگر اجازت دهی همی کشتیش

Davaya, güləşə göstərsə həvəs,Qoysan, ölümünə razısan əbəs.

یا به جنگیش برند و سر بدهدیا شود دزد مال و زر بنهد

Ya başını verər hərbə gedərək,Ya oğru olaraq ölər oğru tək,

گر چه فرزند کشتهٔ تو بوداین بلا دست‌رشتهٔ تو بود

Oğul sənin barın olsa da aşkar,O, sənin əkdiyin bir bəla olar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri