راستی کن، که راستان رَستنددر جهان راستان قوی‌دستند

Düzlük et ki, düzlər nicat taparlar,Hamıdan güclüdür düzlər, aşikar.

راستگاران بلندنام شوندکج‌روان نیم پخته خام شوند

Yaxşı ad qazanar düz iş görənlər,Bişməmiş, çiy olar əyri gedənlər.

یوسف از راستی رسید به تختراستی کن، که راست گردد بخت

Yusif düzlüyilə taxta çatdı düz,Düzlük et, bəxt özü tutsun sənə üz.

گر بدی دامنش گرفت چه باک؟چکند دست بد به دامن پاک؟

Tutsa ətəyini pis, yox qorxusu,Pis əl düz ətəyə neylər, doğrusu?

راست‌گوینده راست بیند خوابخواب یوسف که کج نشد، دریاب

Düz danışan adam düz yuxu görər,Yusif düz görmədi yuxunu məgər?!

چون درو بود راست‌کرداریخواب او گشت قفل بیداری

Düzlük olduğuyçün onda, doğrusu,Oyaqlıq açarı oldu yuxusu.

چون به نیکی درید پیرهنیشد مسخّر چو مصرش انجمنی

Cırıldı köynəyi yaxşılıq üçün,Odur, mülkü oldu Misir büsbütün.

پیرهن کین بود مقاماتشدیده روشن کند کراماتش

Belə bir məqama çatan bir köynək,Gözlərə nur verər möcüzlə, gerçək.

گو بدر بر تن نکو رفتارپوستین گرگ و پیرهن کفتار

Kimin ki bu sayaq köynəyi olar,Qurdun dərisini soyar, parçalar.

دامنی را که در کشی ز هوااین اثرها کند، رواست، روا

Bir ətək əl çəksə hava-həvəsdən,Bu sayaq təsirlər göstərər, hökmən.

به گزاف آنچنان عزیز نشدکه گرفتار خُفت و خیز نشد

Məruz qalmayınca çətinliklərəO, əziz olmadı heç də boş yerə.

چون خیانت نکرد با دل جفتراست آمد هر آن حدیث که گفت

Etmədi dostuna əsla xəyanət,Odur, diləkləri oldu həqiqət.

پاکدل را زیان به تن نرسدور رسد جز به پیرهن نرسد

Təmiz ürəkliyə yetişməz ziyan,Yetsə də köynəyə yetişər, inan.

از دو چاه و دو گرگ دیده شکنجچه عجب گر رسد به جاه و به گنج؟

Gəl iki quyudan, qurddan inciyən,Var, mənsəb gördünsə, heyrət etmə sən.

گرگ اول چو بیگناه آمدنام او در کتاب شاه آمد

Əvvəlinci qurdda yox idi təqsir,Şahın kitabında odur, tutdu yer.

گرگ آخر چو در فضیحت ماندایزد او را به نام خویش بخواند

İkinci canavar rüsvayçı idi,Allah da adını o sayaq dedi.

گر غلامی عزیز گردد و شاهنه عجب، چون بری بود ز گناه

Bir qulam əziz, şah oldusa əgər,Nə əcəb, günahsız olan yüksələr.

ور شود شاه خواجهٔ جانیعجب اینست و نیست ارزانی

Cani olsa şahın əzizi ancaq,Əsil təəccüblü bir iş budur, bax.

قول و فعل تو تا نگردد راستهر چه خواهی نمود جمله هباست

Əgər düz olmasa sözünlə işin,Boş bir köpükcükdür etdiyin sənin.

کور و کر گر نه‌ای ز چاه مترسراست باش و ز میر و شاه مترس

Kor, kar deyilsənsə qorxma quyudan,Düz ol, əmir, şahdan qorxma heç zaman.

استوار و شجاع باش و دلیردر نفاذ امورِ شرع چو شیر

Möhkəm ol, igid ol, şücaətli ol,Şəriət işində şir tinətli ol.

بندهٔ شرع باش و راتب اومگذر از شرع و از مراتب او

Dinin köləsi ol, ruzi yeyəni,Unutma şərini, pillələrini.

عقل را شرع در کنشت کندجبن را شرع خوب و زشت کند

Şəriət ağılı məbədə çəkər,O, qorxaqlığı da yaxşı-pis edər.

صدق چون راست شد روانت رابی‌رعونت کند گمانت را

Ruhunda sədaqət olarsa möhkəm,Zənnində tərəddüd etməzsən bir dəm.

آخرین یار اولیا صدقستاولین کار انبیا صدقست

Sidqdir son yarı övliyaların,Sidqdir ilk işi ənbiyaların.

هر که زین صدق دم تواند زددر ولایت قدم تواند زد

Kim bu sədaqətdən vura bilsə dəm,Övliya yoluna o basar qədəm.

تا نگردد درون و بیرون راستبوی صدق از تو برنخواهد خاست

Olmasa batinlə zahir düz əgər,Sədaqət ətiri hardan törənər?!

صدقت از نار خود سقیم کندصبر در صدق مستقیم کند

Yara sədaqətin versə də kədər,Sən səbirli olsan, o da düzələr.

صادقان را رجال گفت خدایخنک آنکو به صدق دارد رای

Tanrı sadiqlərə ad verdi insan,Xoşbəxt o kəsdir ki, sidqə verdi can.

صدق آیینه‌ای‌ست حال تراروی نفس تو و کمال ترا

Sədaqət güzgüdür əks edir səni,Sənin kamalını, sənin nəfsini.

تا تو باشی، ز راستی مگذرمکش از خط راستگاران سر

Dönmə sədaqətdən var olduqca sən.Çıxma doğruların dairəsindən.

صدق میزان کرده‌ها باشدو آنچه در زیر پرده‌ها باشد

Sədaqət ölçüdür olan işlərə,Pərdələr altında gizlənmişlərə.

گر چو بوبکر صدق کرداریجز خدا و رسول نگذاری

Əgər sadiqsənsə Əbu Bəkir tək,Haqqı, peyğəmbəri unutma, gerçək.

راستی ورز و رستگاری بینیار شو خلق را و یاری بین

Düzlük et, sonra sən qurtuluşa, bax!Sən xalqa yar olsan, o, yar olacaq.

صادقی، هر چه جز خداست ببازاز بد و نیک با خدا پرداز

At Haqdan qeyrini əgər sadiqsən,Hər yaxşı-yamanı Haqqa burax sən!

ترسکاری، به راست رفتن کوشور نداری، تو خود نداری هوش

Əgər qorxursansa, yolunu get düz,Əgər qorxmursansa, huşsuzsan, sözsüz.

گر حکیمی دروغ سار مباشبا کژ و با دروغ یار مباش

Əgər həkimsənsə, danışma yalan,Əyriylə, yalanla dost olma bir an!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri