آه ازین واعظان منبر کوب!شرمشان نیست خود ز منبر و چوب

Dad! Bu mənbər döyən boş vaizlərdən!Utanmır ağacdan, nə də mənbərdən.

روی وعظی که در پریشانیستعین شوخی و محض نادانیست

Nəsihət insanı etsə pərişan,Vaiz həyasızdır, həm əsil nadan.

بر سر منبر و مقاوم رسولنتوان رفتن از طریق فضول

Peyğəmbər yerinə, mənbərə heç vaxtFüzulluq yolilə olmaz ucalmaq.

آن تواند قدم نهاد آنجاکه نیارد ز عشوه یاد آنجا

Ora qədəm basar ancaq o adam,İşvə, naz etməyi unutsun tamam.

نفس از شهوت و غضب نزنددست و پای از سر طرب نزند

Şəhvətlə, qəzəblə nəfəs almasın,Kefi xatirinə ayaq çalmasın.

مشفق خلق و نیک خواه بودعلم او بر عمل گواه بود

Xalq ilə xeyirxah, mehriban olsun.Əməli, elmi düz bir insan olsun.

از جهان جز حلال نپسنددهوس جاه و مال نپسندد

Etməsin dünyada harama rəğbət,Könlündə olmasın nə mal, nə şöhrət.

در دم بوتهٔ ریاضت و قهرمتفق گشته سر او با جهر

Riyazət butəsi od saçan zamanSəsi ucalmasın onun bircə an.

خلق او بوی مشک ناب دهدسر او نور آفتاب دهد

Xülqü ətir saçsın müşk kimi gərək,Nur saçsın aləmə başı Günəş tək.

هر چه گوید درست گوید و حقزر نخواهد، که کدیه باشد و دق

Doğru və düz olsun onun hər sözü,Əsla qəm yeməsin qızılçün özü.

علم تفسیر خوانده بر استادباشدش اکثر حدیث به یاد

Hər nə öyrənmişsə öz ustadından,Bildiyi hədislər çıxmaz yadından.

به تکبر برین زمین نرودبر در خلق جز به دین نرود

Yerə lovğalıqla basmasın ayaq,Dini unutmasın ömründə heç vaxt.

آنکه در علمش این مقام بودشاید ار مرشد و امام بود

Kimə qismət olsa elmdə bu məqam,Layiqdir olarsa mürşid, ya imam.

آنچه بر عالمان وبال آمدحب دنیا و جمع مال آمد

Alimi alçaldıb xar eylər nahaqDünya sevgisiylə, var eşqi ancaq.

زلت خاص آفت عامیستزله بستن ز غایت خامیست

Xasların səhvidir, kütləyə afət,Bu zəhlə tökməkdir, çiylikdir, əlbət,

واعظی، خود کن آنچه میگویینکنی، درد سر چه میجویی؟

Eylə dediyini vaizsən əgər,Yoxsa başağrısı verdiyin yetər!

جای پیغمبر و رسول خدایچه نشینی؟ بایست بر یک پای

Peyğəmbər yerini niyə tutmusan?Qalx, bir ayağının üstündə dayan.

سر فرا پیش و دستها برهمسینه پرجوش و چشمها پر نم

Başı aşağı sal, əlini yana,Yaş tök, qoy ürəyin gəlsin tüğyana.

عرض کن تحفهای بیخوابینقدهایی که در سحر یابی

Göstər yuxusuzluq töhfələrini!Göstər sübh yetdiyin bəhrələrini!

در دل اهل صدق تخم بهشتزین نم و زین تپش توانی کشت

Sadiqlər qəlbində cənnət tumunu,Bu yaşla əkərsən, unutma bunu.

دو سه افسرده را به گرمی کشسخت جانی دورا به نرمی کش

İki-üç donuğa hərarət yetir,İki bərk canlını bir az yumşalt bir.

عام را از حلال گوی و حرامخاص را مخلص حدیث و کلام

Danış kütlələrə halal, haramdan,Sən söylə xaslara hədis, kalamdan.

بس ازین شعرهای بادانگیزآب قرآن بر آتش تن ریز

Bu qürrə gətirən sözlərdən əl çək,Bədən odu üstə Quran suyu tök.

منشان پیش یکدگر زن و مردور نشینند منع باید کرد

Birgə əyləşdirmə kişi, qadını,Al, əyləşsələr də qarşılarını.

وعظ زن عفتست و مستوریمده او را به وعظ دستوری

İsmətdən, pərdədən danış qadına,Başqa bir nəsihət yaramaz ona.

زن که او شاهد و جوان باشدنازک و نغز و دلستان باشد

Cavan, gözəl qadın açıq-aşikar,İncə, şirin olar, can alan olar.

خود به مجلس چرا شود حاضر؟به جوانان و امردان ناظر؟

Onun məclislərdə axı nəyi var,Gəlsə, cavanlara, gənclərə baxar.

شیخ بر منبر و زنان بر لمبر سر دیگران کشیده قلم

Şeyx mənbərdədir, qadın bağçada,Bir qələm çəkmişdir hər şeyə o da.

برده خاتون به تخت بر کالاتا بود مرد زیر و زن بالا

Qadın mətahını çıxarmış taxta.Qadın üstdə olsun, kişisə altda.

خوب چون روی خود بیارایداز نماز و ورع چه کار آید؟

O, öz qaş-gözünü düzəltsə əgər,Ona ismət, namaz daha neyləyər?!

دست بیرون کند، ز دست رویور نگاهیت کرد، مست روی

Əlini göstərsə, əldən gedərsən,Bir dəfə baxarsa, məstlik edərsən,

واعظ شب شب از سر منبرچون بدید آن دو زلف چون عنبر

O dərdli vaiz də mənbər başındanO ənbər saçları görərsə, inan,

یاد گیرد شب اندران احیاآیت یا عزیز و یا یحیی

O gecə sübhədək olub biqərar“Ya Əziz, ya Yəhya” deyəcək təkrar.

سوی مقری کند به روز نگاههم چو یعقوب در تاسف و آه

Quran oxuyana həsrətlə baxar.Yəqub tək ahları dağ-daşı yaxar.

پس بخوانند مقریان ز نخستسورهٔ یوسف و زلیخا چست

Quran oxuyanlar elə bu zaman,“Yusif” surəsini başlar ucadan.

تا ز قرآن کلاه و جامه کندهمه را محو عشق نامه کند

Elə ki, Qurandan papaq, don geyər,Hamını eşqilə o, məhv eyləyər.

داند ار ساوجیست ورکاشیستکین نه وعظست ناز و جماشیست

Bilər Savəli də, Kaşanlı da, bax,Bu, eşqbazlıqdır, vəz yox, ancaq.

چه دهی دین و باغ رز چه کنی؟دم دستار چار گز کنی؟

Din getdi, bağ, üzüm nəyinə gərək?!Dörd arşın əmmamə sənə nə gərək?!

لاف چندین مزن ز نقل ورقسخنی کسب کن به کد و عرق

Nağıldan, kitabdan demə bu qədər!Zəhmətlə tapdığın biliyi göstər.

چند باشی عیال فکر کسان؟چه گشاید ترا ز ذکر کسان؟

Özgənin fikrini sən təkrar etmə,Özgənin təkrarı ardınca getmə.

ذکر خود را بلند گردانیاگر از جمع شیرمردانی

Sən öz tinətinlə olsan bir aslan,Ancaq öz elminlə ucalmalısan.

فضل و علم تو جز روایت نیستبا تو خود غیر ازین حکایت نیست

Bu elm, bu fəzilət boş rəvayətdir,Özgə sözün yoxdur, bu nə adətdir!!

مکن از جامهٔ کسان زینتمنمای آنچه نیست در طینت

Özgə paltarilə bəzənmə nahaq,Göstər tinətində olanı ancaq.

پیش ازین کاملا که بودستندمعجزات سخن نمودستند

Bundan əvvəl olmuş kamil insanlar,Sözlə möcüzələr göstərmiş onlar.

زان معانی که داشتند همهیادگاری گذاشتندهمه

Malik olduqları hünəri bütünYadigar qoydular nəsillər üçün.

ایکه مقبول و مقبلی آنجااز نشانها چه میهلی آنجا؟

Sən ey bəyənilmiş, xoş tale insan,Özündən nə qoyub gedirsən nişan?

راست گویی به راستگاری کوشاین سخن را ز راستان بنیوش

Sözün düzlükdəndir, işdə də düz ol,Düzlərin sözünü gəl eylə qəbul.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri