خوبرویان چو رخ همی پوشندعاشقان در طلب همی کوشند

Üzünü nə qədər örtsə də canan,Ona qovuşmağa aşiq atır can.

یافت عنقا به عزلت و دوریقاف تا قاف نام مستوری

Ancaq üzlətilə həmişə ənqaİsmətli tanındı ta Qafdan Qafa.

هر که او عزلت اختیار نکرددست با دوست در کنار نکرد

Əgər çəkilməsə üzlətə hər kəs,Qolu dost belinə dolaya bilməz.

خنک آنکس که او برید از خلقدامن و روی در کشید از خلق

Xoşbəxt o kəsə ki, qaçdı insandan,Döndərdi üzünü, gözünü ondan.

کار اگر با خدات خواهد بوداین تعلق بلات خواهد بود

İşin olacaqsa Allahla əgər,Başına bəladır bu əlaqələr.

طفل معنی به کام پروردهنشود جز درین پس پرده

Məna uşağı da böyüyər ancaqBu pərdə dalında aram tutaraq.

تا تو اندر میان انبوهیروز و شب در عذاب و اندوهی

Camaat içində dolandıqca sən,Əzab, əziyyətdir hər zaman peşən.

گرگ آزاد ریسمان در حلقکیست؟ خلوت‌نشین دل با خلق

Qəlbi xalq yanında, özü xəlvətdə,Azad, boynu bağlı quldur, əlbəttə!

دل مخوان، ای پسر، که دول بودآنکه در چاه خلق گول بود

Ey oğul, ürək yox, bir dol söylə sən,Bir şey ki, quyuda div olur həmən.

ریسمانیست سست صورت جاهتو به این ریسمان مرو در چاه

Möhkəmlik olmayan ipdir dövlət-var,Bu iplə quyuya, gəl düşmə, zinhar.

چون به خلوت روی مبر با خویشفکر اسباب صورت، از کم و بیش

Az olsun, çox olsun, getsən xəlvətə,Fikrində yer vermə vara-dövlətə,

چون نبی دور شد ز بیع و شریکنج خلوت گزید و غار حری

Peyğəmbər alverdən olan tək uzaq,Məskəni Hərada oldu bir bucaq.

عزت غار بود و عزلت شهرمنتج عیش عمر و عشرت دهر

Girdi mağaraya çıxıb şəhərdənSevincə, şadlığa qovuşdu həmən.

ماه یکشب که در برو بستندمردم او را ز بامها جستند

Bir gecəlik Aya qapı bağlanar,Camaat damlarda onu axtarar.

خود ز عزلت زیان نبیند کسکز خموشیست سود عزلت و بس

Heç bir kəs üzlətdən görmədi ziyan,Üzlətin xeyri də olar sükutdan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri