Əli bayrağıdı bu
Bu sinəm dağına əl dəymə Vətən dağıdı bu,Bu dağın lalələrin əzmə şəhid bağıdı bu.
Get çadır şəhrinə dinlə ana laylalarını,Görginən ki, ana laylasıdı ya ağıdı bu!
Qarabağım gedəni getdi gözüm qarəsi də,Yerinə qarə su gəldi qaramın ağıdı bu.
Rastımın bəhrinə gir, qərq ol uşaq paklığına,Mən də qoy fəxr eləyim, rastımın üşşaqıdı bu.
Onun üstündə əsənçün ana torpaqdı Bakı,Ana əmcəyini kəsənçün para torpağıdı bu.
Uzaq ol mövqeyi naməlum olan insandan,Anlayınca gec olar dostdu, ya da yağıdı bu.
Qələmindən ucalan sözləri haqdırsa əgər,Onda Pünhanda qələm yox, Əli bayrağıdı bu.
5 mart, 2002
Kitabxana.az · https://kitabxana.az/works/punhan-eli-bayragidi-bu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əvvəli təhrif, sonu tərif elə,Əmr kimindir, onu tərif elə.
Mən bu cahana sığmazamMəndə sığıbdı yüz dükan, mən bu dükana sığmazam,Hər cür haramla köpmüşəm, «Cip»də sükanə sığmazam.
Oyna, gülüm oyna!Oyna, bu elin dərdinə, oyna, gülüm oyna,Sən oyna, mənim millətə qalxmır əlim oyna.
Məhşərlə tamam olmalıdırKişinin ağzı bütöv, söhbəti tam olmalıdır,Kişinin bir sözünə, nakişi ram olmalıdır.