Natəmizlər içrə biz tək-tük təmizdən qorxmuşuq,Yüz harama bir halal qatmış o düzdən qorxmuşuq.

Biz düzü düz görməməkçün qarə eynək taxmışıq,Çün ağı ağ göstərən parlaq günüzdən qorxmuşuq.

Hər yaranmış bir boyanmış olduğundandır yəqin,Ailə qurmaq gələndə ay bənizdən qorxmuşuq.

Özgələrnin kölgəsin daim qılıncnan vurmuşuq,İntiqam almaq məqamı kölgəmizdən qorxmuşuq.

Zəbt edib sahilləri qovsaq da çox sakinləri,Sahili bir gün yuyan coşqun dənizdən qorxmuşuq.

Qorxu Allahdan yox, Allahsızdan olmuş son zaman,Biz də Allahsız olan qorxunc bir üzdən qorxmuşuq.

Allahın yüz ismi var, bir ismi pünhandır bizə,Hər şeyi aşkar edən, Pünhan, o "yüz"dən qorxmuşuq.

22 iyul, 2001

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq