Reallıq
Pribaltika ölkələrinin birində Maliyyə Nazirliyinin bütün otaqlarına kameralar qoyulub. İstədəyin an kimin otağında nə baş verir, nə danışılır, internet vasitəsilə seyr etmək olar.
(Q.İ.Q)
Kitabxana.az · https://kitabxana.az/works/punhan-realliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əsrlər bir-birini əvəz etdikcə, bəşər, cəhalət dövrünü min illər arxada qoydu. Və 2000-ci ilin astanısında demək olar ki, sivilizasiyasının ən yüksək zirvəsinə çatdı. Desəm ki, sivilizasiya ilə birlikdə nadanlıq da artmağa başladı, çoxları mənə gülər. Gülən o adamlar olar ki, nadan sözünün mənasının dərk etməzlər və onu keçmişə aid edib cəhalət ilə səhv salarlar. Nəticədə mənim özümü nadan hesab edib, öz nadanlıqlarını biruzə vermiş olarlar. Zaman keçdikcə nadanlar Allahın yaratdığı insanı bəyənməz və onda dəyişiliklər etmək fikrinə düşərlər. Məsələn, deyərlər ki, əğstafürüllah, Allah mənim cinsimi düzgün yaratmayıb. Və onu dəyişərlər. Burunlarını sındırıb kmçildərlər, oralarını şişirdərlər, buralarını şişirdərlər. Həmişə şükürlər edirəm ki, nə yaxşı .lkəmizdə belə şeylər yoxdur. Yoxsa o paxıllıq ki, bizdə var, Allaha and olsun bir-birinin acığına ora-buralarını o qədər şişirdərlər ki, heç adama oxşamazlar.Məni bir məsələ narahat etməsəydi heç bu mövzuya toxunmazdım. Son vaxtlar Bakıda gözlərinin təbii rəncini dəyişmək üçün imkanlı qızlar və oğlanlar linzalar taxmağa başlayıblar. Bununla əlaqədar olaraq Danabaş Kəndinin Kəşfiyyat İdarəsinin agenti Məmmədhəsən əmi redaksiyamıza gəlib elə şok açıqlamalar verdi ki, gözlərim kəlləmə çıxdı. O dedi ki, bu linzaları Fransanın erməni icmasının «Haykanuşun gözləri» firması istehsal edir. Və gözü çıxmış ermənilər də elə linzalar buraxıblar ki, onu gözünə taxan adam erməniyə oxşasın. Onlar yaxşı bilirlər ki, öizimkilər də erməni görən kimi öldürməsələr əl çəkən deyillər, özü də Bakıda. Deməli, bu linzaları təxribat törətmək məqsədi ilə istehsal ediblər. Birdən qayıdıb soruşarsınız ki, bəs Bakıdakı 30 min ermənini görən yoxdur? Elə deyil. Onlar özüiüzünkülərdir. Yəni, əl ermənilərindir. Söhbət isə xam ermənilərdən gedir. İnanın, bizim kişilər bilsələr ki, o, 30 min ermənidən başqa bura bir erməni ayaq basıb, onun axırına çıxmasalar gecə səhərədək yata bilməzlər. Biz axı... bilirsiniz də...
Köçəryanın yuxusuSon zamanlar ermənilərlə bağlı yuxular görməyə başlamışam. Hərdən eləsin görürəm ki, vallah yazmağa da, danışmağa da qorxuram. Deyirəm, Allah eləməmiş, səlahiyyətli bir adamın beyninə düşər ki, verin bunu məhkəməyə, yuxusunda erməni görür. Amma açığını deyim ki, birinci yuxumu qəzetdə yazanda məni heç tutub eləmədilər. Sonra öz-özümə fikirləşdim ki, əşşi, yuxuya görə adam tuturlar?Yuxuda görmüşdüm ki, Qarabağ əvvəlki kimi yenə bizdədir. Və yenə erməni-müsəlman qardaşcasına bir yerdə yaşayır. Amma Qarabağın ayrı-ayrı rayonlarına hələ icra hakimi təyin olunmayıb. O yerlərə adam tapmağı guya tapşırıblar mənə və qarşıma belə bir şərt də qoyublar ki, əmin-amanlığın qorunması naminə həmin adamlar yarı erməni, yarı azərbaycanlı olmalıdır. Mən də radio vasitəsilə belə bir elan verirəm ki, hansı azərbaycanlıda erməni qanı varsa, səhər saat 10-da gəlsin filan binanın qabağına, amma ürəyimdə fikirləşirəm ki, axı bu nə işdir, tapşırdılar mənə. Bakıda belə adam yoxdur axı?! Təmiz ermənilərin olduğunu bilirdim. Onu televizorda dəfələrlə eşitmişdim. Amma qarışıq... nə bilim. Səhər saat 10-da dediyim yerə gələndə gördüm burada o qədər adam var ki, gəl görəsən. Adamları aralaya-aralya elə birinci mərtəbənin eyvanına çıxıb, tribuna əvəzi ordan danışmağa bşladım. Dedim, ay camaat, doğurdanmı siz hamınız o mən deyənnəsiz? Yerlərdən qışqırdılar ki, bəli, bəli. Lap elə sən deyənnənik, heç ora-burası yoxdur. Hərə cibindən bir sənəd çıxarıb başı üstündə yelləməyə başladı. Biri dedi, atam ermənidir, o biri dedi xalis erməniyəm. Özü də hamısı samballı yerlərdə işləyən adamlar idi. Dedim yəqin bunlar məni ələ salırlar. Başladım bir-bir sənədlərini yoxlamağa. Gördüm düzdür. Amma inanmadım. Dedim sənədləriniz saxtadır. Vəzifə xatirinə düzəltdirmisiniz hamınız, yalançısınız. Gördüm izdiham yavaş-yavaş yeriyir üstümə. Aradan çıxmaq istədim, alınmadı. Tutub məni o qədər döüdülər ki, ayılanda gördüm çarpayıda yox, yerdəyəm. Başım da partdaq-partdaqdır. O gündən sonra yenə ermənilərlə bağlı bir neçə yuxu gördüm. Amma sırağagün gördüyüm yuxunun qəribliyi indiyəcən məni öz təsirindən saxlaıb. Dedim qoy qəzetə yazım ki, bəlkə bir yozan tapıldı.
Humanist xanımBir kişi, yubkasının qabağında və arxasında çox biabırçı razrezi olan xanıma yaxınlaşıb onu pərt eləmək məqsədilə deyir:– Xanım, yubkanızın qabağındakı razrezi başa düşdüm, amma arxasındakını yox.
Fərq– Ağ neftlə qara neftdə nə fərq var?– Ağ neft butulkalarla satılır, qara neft kəmərlərlə.