Dante - cahan şe’rinin tacında dürr, gövhər,Əsrinin vətəndaşı, vətəninin övladı.

Dolandıqca zəmanə, dolandıqca nəsillərXalqının and yerinə dönür şairin adı.

Dünən qiymətli cihaz bu gün qiymətsiz olur,Bu gün üçün köhnədir dünənin teleskopu.Dünənin təyyarəsi bu gün vüsətsiz olur,Köhnəlibdir dünənin bu gün tüfəngi, topu.

Fəqət köhnəlibdir sənət, dəbdən düşməyir əsər,Xəyyamın, Firdovsinin, Nizaminin dühası.Dəbdən düşməyir bir an dantelər, petrarkilər...Dəbdən düşməyir eşqin leylisi, laurası...

Şer yazan maşınlar çıxır sıradan daha,İtaliya bərk tutur ətəyindən Dantenin.Balaca bir heykəldə yaşayır böyük düha,Balaca heykəlinə baş əydim, Dantenin.

Nəhəng abidələrə alışıbdır gözümüz:Puşkin, Raynis, Füzuli, Mayakovski, Sabir...Heykəl kiçik də olur, olsun, yoxdur sözümüz,Nəhənglər bir-birini onsuz da kölgələmir.

Axşamdan xeyli keçir, seyrəlməyir küçələr,Oğlanlar gedə-gedə qızlardan öpüş alır.Hər gün Florensiya “kefə baxır” gecələr,Hippilər cuşa gəlib tinlərdə tam-tam çalır.

Kəlisa meydanında beş-on nəfər tiryəkiHavay gitarasının tellərini yandırır.Dantenin heykəlinə işıq düşür çəpəkiBapbalaca heykəli işıq qanadlandırır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən