Yardımlıya qonaq gəlin
Yardımlıya qonaq gəlinO, nağıldı, rəvayətdi.Zənn etməyin uzaq, gəlin!Dağlar yurdu qiyamətdi.
Meşələri dərin-dərin,Yaylaqları sərin-sərin,Bulaqları şirin-şirinYardımlının.
Uca dağlar qucağında,İlin, ayın hər çağında,Gözüm qaldı növrağındaYardımlının.
Qocaları təpərlidir,Cavanları hünərlidir,Gözəlləri zəfərlidirYardımlının.
Dolayları dolam-dolam,Maşın qalxır aram-aram,Yollarında yorulmaramYardımlının.
Tək damın gur şəlaləsiGümüş büllur şəlaləsiƏlində nur piyaləsiYardımlının.
Yun yumaqlar əlvan-əlvan,Ətir gəlir xanalardanXalçasından yoxdur, inanYardımlının.
Üzümlüklər düzüm-düzüm,Gülür qəlbim, gülür üzüm.Nəğməsini qoşdum özümYardımlının.
Dağın döşü, çölün düzü
Qumral-qumral qoyun-quzu,Çobanları səslər biziYardımlının.
Vətənimin qızıl quşu,Alqışlarıq bu uçuşu,Qarşıdadır yüksəlişiYardımlının.
Yardımlıya qonaq gəlin,O, nağıldı, rəvayətdi.Zənn etməyin uzaq, gəlin!Dağlar yurdu qiyamətdi.
Kitabxana.az · https://kitabxana.az/works/qabil-yardimliya-qonaq-gelin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gecə rahatlıq bilmədi dəniz,gah haray çəkib hönkürdü,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
MüsəlmanZimistan dolanır, tez gəlir sabah,Əyyam getməz belə mürtəd, müsəlman!