Eyləmə qəm
Eyləmə qəm, ey başı boş bambılı,Dümbəyi çal düşgilə meydane sənMütrübə, cindarə, meyə səp pulu,Sərf eləme başqa bİr ehsanə sən.
Gündə həna bağlagilən yalına,Açma gözün, baxma bir az halma,Colb elə ənzan yoğun şalına,Eyle səfər ildə Xorasanə sən.
Tazəbatazə eylə siğə, nikah,Bilgilən icrayi-teiaqi mübah,Feyz qazan kəndinə şamü sabah,Fövt eləma ömrünü əfsanə sən.
Səy eytəyib başına topla mürid,Mədrəsəni, məktəbi et napedid,Qoyma açılsın bir üsuli-cədid,Görmə rəva elmi müsəlmanə sən.
Başını qırxdırgilən, həm pak elə,Diqqət eylə, qoymagilən tük gələ,Salma bu dünyada özün əngələ,Dik gözünü cənnəti-rİzvanə sən.
Qız götürüb qaçmağı bil çox hünər,Dərdİn ola vermə tebıbə xəbər,Incİmə üz versə qəzavü qedər,Eylə fəda canmı canane sən.
Qoyma əyalın, çocuğuna zad qana,Qat otağa, bağla dilın, yıx yana.Dərs yaraşmaz qıza, ya oğlana,Qeyrət etə nefi-cibişdanə sən.
Ölsə ölün, quyla əmanət onu,Qoyma yubanmaqhğa, əlbət, onu,Torbaya tök, çat ata xəlvət onu,Düş çaparaq bərri-biyabanə sən.
Çox da qəzetlor səni təhqir edir,Əksini jumalda da təsvir edir,Eybini, nöqsanmı təhrir edir,Vermə qulaq hərzəvü hədyanə sən,Dümbəyi çal, düşgilə meydanə sən.
-Molla Nəsrəddin. 14 dekabr 1910. N 40
Kitabxana.az · https://kitabxana.az/works/qemkusar-eyleme-qem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Novruz yetişdi, füqera otdu pərişan,əfsürdə və nalan.
ƏdəbiyyatQurma bihudə, a Molla, bu qəder hengamə sən,Bisəmərdİr hər qədər qılsan fəğan İslamə sən.
LəzgiNə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.
Qələm arqadaşım KefsizəGəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.
Başqa şairlərin şeirləri · Satira
İki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
Bu əhldən mehribanlıq görmədimİsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,
Bədbəxt adamaDərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.