Sevirəm uşaqları çox –Onların oynamaq səsiniKüçəmizdə eşidəndəBəziləri anlamırlarUşaqların quşlar kimi çığır-bağırlarını.Mənimsə bu səslərrahatlıq gətirir ruhuma,Cavanlaşıram bu səsləri eşidəndə.Canlanır Təbrizdə keçənuşaqlıq illərimGözümün önündə.Səhərdən axşamacan oynayardıq,Ağacdan at minib çapardıq.Məhəlləmizdə uşaqların gülüşü,göylərə ucalardı.Axşam qaranlıq düşəndə,Quşlar yuvalarına köçəndəAnam, atam küçə-bacadanBizi evimizə səsləyəndəQüssələnərdim.Düşünərdim, kaş, bitməyəydi gün,Çağırmayaydılar məni evə.Bakıda uşaqların küçəmizdəOynamaq sədasıGətirir xatirimə –Təbrizdə keçən o xoşbəxt günlərimi.

12.12.2008, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən