Söyüd ağacı
Pəncərəmin önündə bir söyüd ağacıÇəkilmişdi göyün üzünə.Tökülürdü gözəllik, cavanlıq,Sallanan şaxələrindən.Sağına, soluna qolların açmışdı,Sanki bağrına basırdıbütün məhəlləmizi.Qürur yağırdı bu söyüd ağacından,Kölgə olmuşdu yayın istisində.Bir yay günü səhər vaxtı –Pəncərədən baxdıminanmadım gözlərimə.Kəsilmişdi, çapılmışdı,ayrılmışdı sağ şaxəsi.Qüssələndim, kövrəldim bu halətdənXatırlatdı Vətənimin parçalanmasınıSöyüd ağacı.
20.08.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/qulamrza-sebri-tebrizi-soyud-agaci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Ürəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
AxtararsınızBir gün yadınıza düşərsəm, məni,Bu doğma ellərdə axtararsınız.
Ruhumuz sərhədsiz olduğu üçünBu vətən deyilən dünyam sirlidi,Bir paytaxtı sevinc, bir paytaxtı qəm.