Səni bənzətdim Təbrizimin gözəllərinəAnama oxşarlığın,Bağladı məni illərlə qürbətdə sənə.Sən dözdün mənim əzablarıma,çətinliklərimə,Ata-ananın etirazlarına.Ruh verdin yaradıcılığıma,Elmi uğurlarıma.Uca tutdun başını ingilislər arasındaBir şərqlilə həyat qurduğun üçün.Xatirimdədir nə qədər sevinirdin«Təbrizi» soyadınıdaşımağa başlayanda,İtirmədin özünü mənimtufanlı həyatımda.Bilmirdin sabah nə olacaqBilmirdin gedəndə qayıdacağımı.Məktublar şahiddi bunigarançılığa.Amma sən möhkəm dayandın,Mehriban ana kimiÖvladlarımızın yanında.Unutmadın heç zamanSevgini, məhəbbətiniMən sərgərdan təbrizlidən.Anam yaxından tanıyandaHeyran oldu sənə.Çünki anladı sənin hörmətiniDilimizə, millətimizə.

15.12.2008, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən