Xandı gələn, vəzirlər də yanınca,Çək pərdəni, naməhrəmlər görməsin!Kaş öləydim bu günlərə qalmca,Çək pərdəni, naməhrəmlər görməsin!

Səs yayılar, sirrimizi bildirər,Dost-düşməni axır bizə güldürər,Müxənnətin sözü adam öldürər,Çək pərdəni, naməhrəmlər görməsin!

Qurbani, başına yağar yağış, qar,Ah, necə vətəndən oldum dərbədər,Bu sevdaya düşən çəkər ahü-zar,Çək pərdəni, naməhrəmlər görməsin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri