Xublar küçəsinə güzar eylədim,Muraz1 bağçasının barı göründü.Əl uzatdım yarın yaxasın açam,Gözümə Gürcüstan narı göründü.

Camalın oxşatdım ayinən günə,Gözlərin kafəri gətirər dinə,Sinən bəyaz, dilbər, o yaylaq sinə –Gözümə Savalan qarı göründü.

Qaşların qaradı, kipriyin oxdu,Gözlərin taladı, İranı yıxdı,Ay kimi parladı, gün kimi çıxdı,Tifil Qurbaninin yarı göründü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq