Dünənki uşaq deyiləm,Dünyaya çoxdan baxıram.Ortaya düşən deyiləm,Durub qıraqdan baxıram.

Dünya səsli, çığırtılı,Kim eşidər pıçıltımı?!Bu küləyin uçurduğuSarı yarpaqdan baxıram.

Anam, heç nədən qorxmuram,Nə görsəm də, mən qorxmuram....Yerdən, bəndədən baxmıram,Göydən, Allahdan baxıram...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri