Tanrı verib bizi-bizə,Baxır göydən gözü bizə,Yel əsdikcə üzümüzəTanrının nəfəsi dəyir.

Biz nəyik? İnsan meşəsi...O nəfəs becərir bizi;Cücərir dodağın sözü,Budağın meyvəsi dəyir.

Gün ötür xeyirdə-şərdə,Biz hardayıq, tanrı harda?!.....Göy üzündə amma hərdənGözümüzə nəsə dəyir...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq