Nərdivan
Hara çıxır bu nərdivan,Bəlkə yerdən göyə çıxır?Kimi mahnı deyə-deyə,Kimi söyə-söyə çıxır.
Kimi basır başımızdan,Kimi dartır qıçımızdan,Ən hündürə çıxan adamHamımıza yiyə çıxır.
Dırmaşır, hamı dırmaşır,Adam-adama dırmaşır.Bizə baxıb tanrı çaşır:"Bu zalımlar niyə çıxır?!.."
Çıxır qocası-cavanı,Bir deyən yoxdu: "Dayanın!..Son ucu bu nərdivanınYenə o dünyaya çıxır..."
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-nerdivan
← → düymələri ilə keçid, R — təsadüfi şeir