Adi gün bilməyin keçən günləri,Bu gün də tarixi günlərdən biri,

Dörd milyard yurddaşı olan bu dünya,Yayıb şöhrətini Günəşə, Aya.

Hər gün yer üzünə min insan gəlir,Sənətkar, filosof, qəhrəman gəlir.

Bir səfa gətirir bu xoş gəlişlər,Sabah tarix olur bugünkü işlər.

Tarixə düşəcək bir sabah bu gün,Bu gün bir dahinin doğulduğu gün.

Bir bayram günüdür ilin hər günü,Hər gün bir insanın bir zəfər günü.

Bu gün sabah üçün tarixi gündür,Bu gün bir mahalda toydur, düyündür.

Bu gün bir igidin öldüyü gündür,Bu gün bir aşiqin güldüyü gündür.

Kiminin ulduzu batacaq bu gün,Kimi arzusuna çatacaq bu gün.

Bu gün də tarixi günlərdən biri,Adi gün bilməyin keçən günləri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri