Gündəlik mətbuat – sağ şairlərin!Ölən şairlərin əsəri çıxmır.Dövri mətbuatda dağ şairlərinİmzası görünmür, xəbəri çıxmır.

Nizami, Nəsimi, Füzuli vaxtıNə qəzet var idi, nə də ki jurnal.Bizim şairlərin gətirdi baxtı,Qəzetlə, junralla dolub hər mahal.

Həyatdan tarixə köçən ərənlər,Efirdə bizimlə çıxış edirmi?Nə deyir, onlara könül verənlər,Ellərlə görüşə onlar gedirmi?!

Gündəlik elanlar onların deyil,Təzə mövzuları yoxdur onların.Təltiflər, fərmanlar onların deyil,Bayram arzuları yoxdur onların.

Fəqət, o dahilər könül oxşayır,Əsrlər adlayan əsərləriylə.Sən ey mətbuatdan gileyli şair,Nə coş, nə üz-göz ol, nə qəhər eylə!

Qəzetdə, jurnalda şerimiz çıxır.Bu dövran bizimdir, bu fürsət bizim.

Yazımız çıxınca, xeyrimiz çıxır,Sabahsa nə jurnal, nə qəzet bizim!

Hər gün üz tuturuq saysız yerlərə,Hər yerdə vurulur bizə çəpik də.Misli görünməyən cəvahirlərə,Dahilər almadı qara qəpik də.

Sənət bir bədii gözəllik kimi,Sənətkar ilhamı xalqa xitabdır,Gündəlik yazılar gündəlik kimiSabah oxunacaq, qalan kitabdır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri