Yer üzündə pusqudadır min silah,Hər gün artır milyonların təlaşı.

Bir zorlunun işlətdiyi bir günah,Yurddan edir neçə-neçə yurddaşı.

Qovğalarda günlərimiz gərgin, ah,Nələr saxlar insanlığın yaddaşı.

Diləkləri olunduqca sürgün, ah,Selə dönər anaların göz yaşı.

Bitəcəkmi, bu dünyada bir gün, ah,İnsanların insanlarla savaşı?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən