Doğmaya yad nə gərək,Yad yasaq muradlıdır.

Çocuğa dad nə gərək,Çocuqdursa, dadlıdır.

İnsan qanadı neylər,Xəyalı qanadlıdır.

Yurd yolunda baş qoyanYolunda inadlıdır.

Ustada söyləməzlərUstad istedadlıdır.

Şairə ad nə gərək?Şairdirsə, adlıdır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri