Sular büründü fosfora,Baxın, ilahi vəsf ora!.Səmavi, mavi BosforaYaxınlaşınca ürkülər,Bu türkülər nə türkülər!

Bu sahilin küləkləriOyandırır diləkləri,Güləndə türk mələkləri,Könül gülər, ömür gülər,Bu türkülər nə türkülər!

Efirdədir Könül Yazar,Səsində titrər intizar,Açar sularda laləzar,Gedər yabançı bürkülər,Bu türkülər nə türkülər!

Çağıldayır qopuzla ud,Qopuzla ud – ulusla yurd.Ularsa dağ başında qurd,Donar gədikdə tülkülər,Bu türkülər nə türkülər!

Bu yol ərənlərin yolu,Həyat dolu, işıq dolu,Bu yerdə duyğular ulu,Düşünməyin ki, türk ölər,Bu türkülər nə türkülər!

Boğaz, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri