İtkisi əhəmiyyətsizdir
Qızdırdılar metalı;qızdırdılar əriyib mavi alova dönənə qədər.Çilədilər canlıların üstünə;çilədilər hər yana.İnsanların, ağacların, quşların üstünə,çiçəklərin, kəpənəklərin üstünə.
...Bir gün.Hava sakit,Göy gurultusuz.Nə gecənin qara güzgüsündəqırmızı güllələrin pırtlaşıq kələfi,nə ulduzları pərdələyən tüstü.Uladı bir bomba,cırıb göyün gecə paltarını,düşdü harasa.Sonra cansız makinaların qurğuşun barmaqlarıylayazıldı:“...İtkisi əhəmiyyətsizdir!”Bu əhəmiyyətsizlərdən biri insan idi;dönmüşdü kömürə.Biri meyvə ağacı idi;gövdəsindən bölünmüşdü yarı.Biri cücəli toyuq idi;qalmışdı torpaq altındaözü, balaları.Biri qərənfil idi;kökündən qopub yapışmışdı daşa.Biri kəpənək idi;bir çimdik tüstüyə dönmüşdü.Bu kömür olmuş insan –bir ananın oğlu idi.Bir qızın əri olacaqdı,bəlkə bir neçə övlad atası.Bu kömür insan –arzularının yüzdə birinə qovuşmamışdı.
Onun əlləri vardı;iş görə bilən,ev tikə bilən,yer sürə bilən,ulduzlara yol aça bilən,şeir yaza bilən,suda batan bir adamın əlindən tuta bilən,bir uşaq başını sığallaya bilən.
Onun gözləri vardı;mavi göylərə,qarlı dağlara,səhərin yuxulu yoluna baxıbfərəhlə, sevinclə, ümidlə dola bilən.
Onun qəlbi vardı;kədərdən ağrıyan,həyəcandan şiddətlə döyünən,məhəbbətə açıq.O, insan idi;duyğusu, düşüncəsi vardı.Nə qədər bənzəri olsa da,yer üzündəki insanlardan heç birinineyni deyildi.
Barlı ağac –üstünə dünyanın dərdi çökmüş kimi,əyildi, əyildi,qırıldı ortasından.O hələ yarım əsrbar verəcəkdi.Yaz qabağı puçur-puçur,yaz başı çiçək-çiçək,yaz axırı düzüm-düzümmeyvəli budaqlarınıuzadacaq,yüksələcəkdi.İçdiyi – yer altının sərin suyu,günəşin ilıq şəfəqləri.Yediyi – qıyımlı torpağın duzu...
Yanı balalı kürt toyuq –gündüzlərin deyingən qarısı, –gecələrin yuxusuzu,gəzdirəcəkdi cücələri,yemi, suyu onlara nişan verib.
Qoruyacaqdı onlarıqaraquşdan, leydən.Pərvazlanacaqdı balalar.Hərəsi bir ana, bir ata olacaqdıYeni balalar, yeni cücələr...Qərənfil –buğum-buğum sallanacaqdı.Gecələrdinləyəcəkdi sükutun nəğməsini.Bəlkə ilk məhəbbətin lal rəmzi kimi,asılacaqdı bir qızın yaxasından.Bəlkə ölümsüz bir lövhə yaratmağasəbəb olacaqdı...
Kəpənəyin qanadları –Çıldır-çıldır rəng damcıları;gövdəsi zolaq-zolaqdı.Nə sancağı vardı onun,nə zəhərli dişi.Uçub qonurdu çiçəkdən-çiçəyə.
İnsan kömür oldu!Sındı ortasından barlı ağac!Cücəli toyuq qaldı torpaq altında!Daş üstünə yapışdı qərənfil!Bir çimdik tüstüyə döndü kəpənək!
İlan vuran yatdı, mən yata bilmədim.Məhv oldu bir insan,bir kəpənək,yer üzününbir bitkisi.Nə sonsuzdur, nə böyükdürdünyanın itkisi!
Bakı, oktyabr, 1965
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-itkisi-ehemiyyetsizdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Mirzəcan ilə Aşıq Pərinin deyişməsiMirzəcan:**Mən ki öldüm, həsrətindən ey Pəri
SəniBir gecə mən sənə mehman olanda,Sən məni istədin, ha mən də səni,