Dedilər: – Dərin qara, günün də qara olsun.Zəncirdən ayaqların, qolların yara olsun.Verdikcə kürül-kürül almazını konqoluƏldə qabarı qaldı, beldə yağır donqarı.

Vergilər az gələndə kəsdilər sol qolunu,Tək biləkli qoydular minlərlə konqolunuSönsün deyə alovu üsyanlar tonqalınıngününü göy əsgiyə düydülər konqolunun.Günləri qara qardaş, dərisi qara qardaş!Sonsuz müsibətini mən yazım hara, qardaş?Afrikanın sinəsi göz-göz faciələrdir.Ancaq zülmət gecələr parçalanır, səhərdir.Bəlkə də üfüqləri qızardan qırmızı qanSüzülür Lumumbanın qan verən yarasından.Dönüb qızıl bayrağa indi çağırır səni:– Gəl, xilas eylə, – deyir, – dərdli ana vətəni.O, vətən sabahını sənə tapşırdı, getdi.Həyat ixtiyarını sənə vəsiyyət etdi.Qurtuluşu yaxındır müztərib Afrikanın.Adı ölümsüz olur zülm evini yıxanın!Sən layiqsən bu ada, dərisi qara qardaş!Uğur olsun yoluna, üzü bahara, qardaş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri