Səhifə 2 / 3 · 33%

Nə vaxtadək buz kimi durmaq donuq
Suda ölü siçan tək olmaq uyuq?!

Çevşekləmə, gül kimi yumşaq olma,
Bənövşə tək iki üzlü bulunma.

Yeri vardır dəliqanlı olmaq yegdir
Dəliqanlı çılğın olmaq gərəkdir.

Tikan kimi sivri bulun, sərt davran,
Başına güldən çələnglər hörsün dövran.

Bertels bu şerdəki “tikan” ilə əxilərin bellərindəki “xəncər” arasında bir əlaqə görür. Əxilərin mübarizliyi və Nizami təlimatı arasındakı münasibəti göstərən bir-iki beyti də biz əlavə edək:

Huşsuzlara yataq olan bir qəryə
Zalımlara verir qolayca cizyə

Arslan ürəkli olmadan iş aşmaz,
Öküz ürəklilərdə mərdlik olmaz.

Nədən boyun əyirsən hər qəzaya,
Nədən razı olursan hər cəfaya?

Dağ kimi dur, sırtın olsun qayadaş,
Üzünə qabar daşürəyin, əymə baş!

Nizamidən sitat gətirilmiş bu beytlər onun İbn-Bəttutənin öz hekayəsində təsvir etdiyi əxilərlə münasibətdə olduğunu elmi şəkildə təsdiq edə bilməz. Göstərilən uyğunluqlar sadəcə bir ədəbi fərziyyə və ehtimal doğurur, çünki bizim İbn-Bəttutə zamanına qədər böyük inkişaf yolu keçmiş, yeriyib-yetişmiş əxiliyin Nizami dövründəki vəziyyət və durumundan xəbərimiz yoxdur. Biz yalnız bu hərəkətin digər sufi təriqətləri kimi Şərqdən, Xəzər sahillərindən və Xorasandan gəldiklərini fərz edə bilərik. Hələ Səlcuqlar zamanında “Əsnaf cəmiyyətlərinin” Ön Asiyada yayıldığı bizə məlumdur. Yalnız “Xəmsə”nin ədəbi təşbehləri arasında “Əxiliyi” andıran fikirlərə deyil, əsnaf cəmiyyətləri arasında yayılmış və onları birləşdirən “Əxi” ideologiyasında da Nizami fikirlərinə uyğun ideyalara rast gəlirik. “Fütüvvətnamə”lərdəki əxlaq normaları ilə Nizamidəki əxlaqi beytləri qarşılaşdırsaq, ibrətamiz nəticələrə gələ bilərik.

Şairin şəxsi həyatına aid məlumat təəssüf ki, çox azdır. Təzkirəçilərin bu xüsusdakı laqeydliyi hamıya bəllidir. Təzkirəçilər şairin üç dəfə evləndiyini, bir oğlu olduğunu xəbər verirlər. “Xəmsə”ni diqqətlə oxuyarkən şairin şəxsi həyatına aid başqa bəzi yeni təfsilat çıxara bilirik. Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu Qıpçaqlı bir kəniz olmuşdur. Bu türk qızını Nizami son dərəcə sevmiş və onunla “bir yastığa baş qoymuş”, yəni evlənmişdir (1173-cü ildə). Canı kimi sevdiyi və əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlmişdir. Qıpçaqlı gözəl “Xosrov və Şirin” yazılarkən (1180-ci ildə) vəfat etmişdir. Şair dünya ədəbiyyatında misilsiz gözəllik örnəyi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən sözü öz sevgili arvadına gətirərək deyir: “O (Şirin), mənim Qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun özü idi”. Beləliklə, Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adı Afaq olduğunu, bəzi tədqiqatçıların qənaətinə görə, şair yeri gəlmişkən bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da “türküm köçdü isə də, İlahi, türk balasını sən özün qoru” sözləri ilə bizə anlatmaqdadır. Şairin öz oğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu və hissiyyatın davamı olmasına heç bir şübhə yoxdur. “Türk” arvadına olan bağlılığı şair “türk balası”na keçirmişdir.
Eşqin ilahi şairi Nizami evlənmə məsələsində birarvadlı (monoqamiya) olmağın tərəfdarı idi. Həyatında üç dəfə evlənmişdir, lakin o, heç bir zaman çoxarvadlı olmamışdır. Filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində Nizami birarvadlığın məziyyətini özünə məxsus bir üslubla açıqlamışdır; “Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Dünyanın yeddi atası və dörd anası olduğu üçün onun işləri dolaşıqdır. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla”.

Nizami “İqbalnamə”nin sonunda filosof Arximedi başdan çıxaran çinli türk gözəlinin ölümünü təsvir edərkən özünün şəxsi həyatındakı talesizlikdən şikayət edir. Bu şikayətdən aydın olur ki, “Şirin” surətini yaradarkən öz sevimli “Apaq”ını, “Leyli”ni yazarkən ikinci “gövhər”ini, çinli türk gözəlinin macərasını şərh edərkən üçüncü “gəlin”ini itirmişdir:

Nəzmə çəksəm hər zaman bir dastan,
Çox tühafdır taleyim, verməz aman!

Saçmağa başlasam ətrafa şəkər,
Sevgili bir dilbərim əldən gedər.

Dadlıca Şirini çün xəlq eylədim,
Çox şəkər bir yarımı dəfn eylədim.

Leylinin çün köşkünə çəkdim hasar
Başqa bir gövhərimi mən etdim nisar.

Getdi dünyadan yenə bir nazənin
Oldu cənnətlik bizim tazə gəlin.

Nə qəribə bir tale şairi təqib etmişdir – yaratdığı gözəl qəhrəmanlar sevdyi gözəl həyat yoldaşlarını özlərilə götürüb aparmışlar! Bu, qadın qısqanclığının bir təzahürüdürmü? Bəlkə də Nizami sevgili qadınlarının surətlərini öz sənətinin qüdrəti ilə yaşatmaq istəmişdir? Özündən “bu gəlinlərin qüssəsi ilə kədərli ikən, rumla rusun hekayətlərini necə nəql eləyim?” – soruşan şair öz sualına cavab verir: “Ən yaxşısı budur ki, dərdlərimi unudub bu dastanları yazmaqla öz könlümü xoşlandırım”.

Ilk eşqinin yadigarı olan oğlu Məhəmməd haqqında şair daima düşünmüş və bu “türk balasını” candan gələn bir istəklə bəsləmişdir. Beş böyük əsərinin dördündə xüsusi bir şəkildə, şairin öz “Məhəmmədciyi”nə xitab edən beytləri diqqəti cəlb edən düşüncə və duyğularla doludur. Bir ata öyüd-nəsihətləri şəklində olan bu xitablar müdrik, bilici şairin kamil adam tipinin necə yetişə biləcəyi haqqındakı ən səmimi duyğularının tərcümanıdır. Çox isti bir istəyin məhsulu olan bu duyğuları ilə o, sevimli oğlunun xatirəsini də sevimli əsərlərilə birlikdə əbədiləşdirmişdir. Həqiqətən o, öz oğlunu əsərlərindən biri kimi qəbul etmiş və onu kitablarına qardaş saymışdır.

Öyüd və nəsihətlərində şair oğlunun mənəvi tərbiyəsi və cəmiyyətdə tutacağı mövqe ilə maraqlandığını müvafiq və kafi dərəcədə açıqlamışdır. Bununla bərabər, Nizami oğlunu həyatda maddi cəhətdən təmin etmək haqqında da düşünmüşdür. O, “Leyli və Məcnun” poemasını Şirvan sarayına oğlu Məhəmməd vasitəsilə göndərmiş və kitabın müqəddiməsində Şirvanın gənc vəliəhdinə yazdığı xitabın sətirlərində “öz əziz oğlunu dəyərli şahzadəyə əmanət vermiş” və eyham vasitəsilə ona dövlət idarəsində (divanda) bir iş verilməsini xahiş etmişdir. Bu xahişin nə ilə nəticələndiyi məlum olmasa da, bunun özü sevən bir atanın istəkli oğlunun müqəddəratı ilə axıra qədər məşğul olduğunu göstərmək baxımından əhəmiyyətlidir.

Səmərqəndli Dövlətşah, Lütf-Əli bəy Azər və digər təzkirəçilərin qeydlərinə əsasən, Nizaminin yalnız bir oğlu olmuşdur. Lakin hicri tarixi ilə VII əsrdə yazılmış “Lübab-ül-əlbab” təzkirəsinin müəllifi Məhəmməd Sufi, Nizaminin kiçik ikən ölmüş bir oğluna yazdığı bir mərsiyyəni nəql etmişdir:

Cənnət gözəlləri ilə bir yastığa baş qoyan,
Yavrum, gözəl üzünlə məzara oldun rəvan.
Meyvəsini həyatın, yavrucuğum, dərmədin,
Vardın cənnətlik oldun, cəhənnəmlik olmadın.
Ömür daha çəkmədi yanağına bir xət sənin,
Kim yazmışdı bu qəzanı başına biaman?
Torpaq gözümdən axan qanlı yaşla islansa,
Kimsəyə gəlməz qərib, ey mənim canımda can.
Su verməmək tarlaya necə mümkün olur ki,
Üzündəki səbzəlik torpaqda tutmuş məkan.

Beləliklə, Nizaminin Məhəmməddən başqa bir oğlu olduğuna hökm vermək lazım gəlir. Lakin qeyd etmək lazımdır ki, bu mərsiyyənin naməlum, yad bir gəncə yazıldığını iddia edənlər də vardır.

Öz arvadlarına bəslədiyi hissiyyat, oğlu Məhəmmədə göstərdiyi qayğı, əlaqə və yuxarıdakı mərsiyyəsi Nizaminin nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırmaqdadır. Tərcümeyi-halına aid qeydlərdən göründüyü kimi, Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçmiş, buradan tamamilə heç bir tərəfə ayrılmamışdır. Yalnız təzkirələrdə həmvətəni Xaqani Şirvani ilə birlikdə bir dəfə həccə getdiyi qeydinə təsadüf olunmaqdadır. Fəqət buna şübhə edənlər də vardır.

Nizami təvazökarlıq və qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşamışdır. Təvazökarlıq Nizami həyatının ana xətti olmuşdur. Firdovsi məşhur “Şahnamə”sini Q ə z n ə sarayında ona ayrılmış xüsusi otaqda min bir qayğı içində və ona vəd edilən qızıl üçün yazmış, sonra isə qələm haqqı üstündə əfsanəyə çevrilmiş davası ilə məşhur ikən, Nizami bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında, kimsədən heç bir şey ummadan yazmışdır. Öz “ruzi”sini isə o, başqalarının “Əl süfrəsindən yox”, “ruzi paylayan Allahdan” gözləmişdir.

Təvazökarlıqla eyni qaynaqdan gələn gözütoxluq da şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. “Başqasını çörəyinin iti və ya süfrəsinin pişiyi” deyil, “öz əməyinin məhsulunu yeyən” və “işığını öz yağından alan”lara Nizami şəxsi təcrübəsinə əsaslanaraq, dünya padşahlarının onlara qulluq edəcəyini vəd edir.

Nizami dövrünün başqa məddah şairlərindən fərqli olaraq, hökmdarlar qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşamışdır. Şair bu hərəkətin hikmətini bizə belə şərh etmişdir: “Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir. Padşahla durub-oturmaqdan çəkin, çünki bu pambıqla odun münasibətinə bənzər. Od nə qədər parlaq olsa da, salamatlıq ondan uzaqlarda olur. Pərvanə şamın işığına can ataraq, ona yaxınlaşınca yanır”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Azərbaycan Parlamentinin Açılışındakı Nitq

Möhtərəm mə"buslar (deputatlar , millət vəkilləri!) ! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər (alqışlar). Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə"yinini pək cəmimani bir surətdə Rusiya məclisi - müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə"kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını emməkdə gördülər. Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi - milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar) Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər. Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar). Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor) Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz."Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən e"lan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar) Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi."Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bə"id (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlıərin arzusu vəchilə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar). Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar). Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar

5 dəq
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət

Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: **İnsanlara azadlıq, millətlərə istiqlal!**Bundan 33 il əvvəl, Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.

19516 dəq
Amerikanın səsi radiosunda Aprel işğalının 32 illiyi münasibəti ilə yayımlanan xitab

Bu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet hökumətinin və Bolşevik partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir.Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş.

19525 dəq
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət

Əziz vətəndaşlar!**Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm. Bundan 34 il əvvəl – 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalını bütün dünyaya bildirdi. Bu böyük hadisə ilə biz, yüz il sürən çar əsirliyindən qurtulduq. Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm göstərdi.

19525 dəq

Başqa şairlərin şeirləri