Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,Cəvahirat bu gün ziynəti-həyat deyil.

Nədən cəvahirə fəxr eyləsin gərək nisvan?Cəmadə fəxr isə şayani-ümmühat deyil.

Həqiqi validənin ən şərəfli bir bəzəyi –Ədəbli, uslu çocuqdur, təcəmmülat deyil.

O madərin ki, yox övladə hüsni-tərbiyəsi,Səzayi-məkrəməti-nami-validat deyil.

Həyata layiq olan ziynət – elm gövhəridirKi, boylə bir dirilik qabili-məmat deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət