AY HARAY!Ay haray, bir neçə şair, neçə şair kimilərİstəyir1döndərələr Gəncəyə Şirvanımızı!Yeni məktəb denilən bid’ətin icrası iləBir də bərbad edələr xaneyi-viranımızı!Kafir olduqları yetməzmi ki2, bu hərzələrin,İstəyirlər çəkələr küfrə müsəlmanımızı!Ey bizi elmə dəlalət eləyənlər, bilirik,Qəsdiniz elm deyil, səlbdir imanımızı!Saxlarıq hörməti-islamı, daha doğru desək,Açmarıq məktəbə hərgiz də cibişdanımızı!Deyilik biz nuxulu, gəncəli, ya kim bakılı, –Belə boş işlərə vəqf eyləyək ehsanımızı!İstəyirdiz bizi bir fənn ilə iğfal edəsiz, –Necə gördüz sizi təkfir edən ixvanımızı?!Kafir etdikmi nəzərgahi-cəmaətdə sizi?!Tanıdızmı bizi, gördüzmü də vicdanımızı?!Gedin indi özünüzdən, dəxi bizdən də deyin!Ala bildizmi hələ məktəbə sibyanımızı?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən