Bir bəhanə əldə ünvan etməli bundan sora!
Bir bəhanə əldə ünvan etməli bundan sora!Büsbütün məxluqə e’lan etməli bundan sora!Nov üsulun şər’ə bər’əks olduğun izah edib,Köhnəni tətbiqi-Qur’an etməli bundan sora!Xasə bu jurnal, qazet əmrində bir fitva tapıb,Səddi-rahi-nəşri-irfan etməli bundan sora!Boylə iş, bunca qazet, bunca mazet olmaz, canım!Bunları məhkumi-bütlan etməli bundan sora!Din gedir, məzhəb gedir, qədri itir mollaların,Çareyi-əmri-müsəlman etməli bundan sora!Hər yetən kəndin mühərrir ədd edib, min söz yazır,Bunları mətrudi-övtan etməli bundan sora!Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,Sərbəsər avareyi-nan etməli bundan sora!Cırmalı dəftərlərin, sındırmalı çernil qabın,Fikri tərvici-qələmdan etməli bundan sora!Mümkün olsa lap kökündən qaldırıb bir zənn iləCümlə mətbuatı viran etməli bundan sora!Siyyima, şairləri hökmən və hötmən zur iləXaric-əz-islamü iman etməli bundan sora!Müxtəsər, hər kim ki, gördün fəhmi var, bir söz qanır, –Küfr ilə məşhuri-dövran etməli bundan sora!Arqadaşlar, əl’əman, gəl tez verib də əl-ələ,Həm bu yolda əhdü peyman ətməli bundan sora!Aid olmur indi bunlardan bizə bir mənfəət,Pul verərlərsə, müsəlman etməli bundan sora!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-bir-behane-elde-unvan-etmeli-bundan-sora-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bimərhəmət əyanlarına şükr, xudaya!Bu sahibi-milyanlarına şükr, xudaya!
Bizə nə?Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
CütcüÇıxdı günəş, doldu cəhan nur ilə,Cütçü sürür tarlada cüt şur ilə.
Bura say! ("Cəmaət: Zilli-Sultan, bura say döydürüb aldıqlarını!")C ə m a ə tZilli-Sultan, bura say döydürüb aldıqlarını!
Başqa şairlərin şeirləri · Satira
Gündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
ŞücaətimVardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
İki mollaMolla Həsən, niyyətinə mərhəba,İş düzələr, deyirdin bu gün, sabah.
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.