– Nə xəbər var, məşədi?– Sağlığın!– Ax-çox da yenə?– Qəzet almış Hacı Əhməd də…– Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?– Belə nəql eylədilər!..– Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Dəxi bir başqa xəbər?– Hac Cəfərin oğlu VəliQoyub uşqolaya oğlun…– O qurumsaq da?– Bəli!– Sənə kim nəql elədi bu sözü?– Bilməm kim idi.– Oylə isə ona da min kərə lə’nət deməli!..– Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Dəxi bir başqa xəbər yoxmu?– Tanırsan Qəfəri?– Nə Qəfər? Hansı Qəfər?– Mirzə Mənafın pədəri!– Tanıram!– Dün o da bir şübhəli kəslə danışıb…– Kim deyirdi?– Yedici Xansənəm arvadın əri.– Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Yenə bir başqa xəbər varmı?– Bizim qonşu Kərim…– A… A… A?..– Bəli, hə… hə!..– O nə qayrıb, de görüm?– "Molla Nəsrəddin" alıb, həm özü, həm oğlu oxur.– El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Mənə bir boylə xəbər çatdı: Səməd dam-daşınıSatıb, onversetə göndərmək üçün qardaşını…– Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz:Özü də çəkmə geyib, saç da qoyubdur başına…– Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Bir belə söz də deyirlər ki, sizin Kalba AşırYeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!– Bəli, düzdür bu dəxi!..– Heyf, o dövlətdən ona!..Dövlət azdırdı onu, dini-xudadan uzaşır…Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,Danışır bir para sözlər ki, dəyir rövzəxana?– Bəli, qurbanın olum, lap o çıxıb məzhəbdən!– Görməyirsənmi şişib boynu, dönüb bir qabana?!Bu isə pəs o ləinin də işi qullabıdır,Dinü imanı danıb, yoldan azıbdır, babıdır!– O qurumsaq Cəbi də gözləməyir hörmətimi,Burda-orda, belə derlər ki, edir qiybətimi…– Bəli, hətta bu işin üstə onun arvadınaSöymüşəm!– Borcun odur, – gözləmisən qeyrətimi…Mən də hər daim ona yağdıraram lə’nətimi,Başlayıb də’vətimi, ərz edib hacətimi.Vəqfi-nifrin edərəm həm günümü, saətimi,Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,Siz də lə’nət oxuyun, çünki bu məl’un babıdır!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira