Ənin
Uçdun, ey ruhi-pürfütuhi – Həsən!Uçuşun iztirari-təndənmi?Qoca bülbül, niyə sovuldun sən?Ya səfa bulmadın çəməndənmi?
Ey həqiqi mücahidi-islam!Nəşri-irfanda etdiyincə dəvam-Səni aləmə yaxdı yoxsa əvam?Gedişin kəsrəti-mihəndənmi?...
Yoxsa əkdikcə toxum südqü səfaSəni təkdir edirmiş əhli cəfa?Gözlədikdə bu yolda şərti-vəfa,-Görmədin yardım əhli-fəndənmi?
Ey “Əkinçi” məzariatındaBulmadınsa səmər həyatında,İştə həngameyi-məmatındaBu tənəbbüt deyil Həsəndənmi?
Leyk millət fəqət sifatın üçün,Mütəzəkkir nüuti-zatın üçün,Əsəfa, bir bina səmatın üçünYadigar olmasın da səndənmi?..
Həsənim, şimdi qıl behiştə xuram,Onda Seyyid Əzimə söylə səlam;Key məhin şairi-bədii-kəlamBir xəbər tutmasın vətəndənmi?
Ürəfa məskəni olan ŞirvanCühəla xabgahidir əlan;Bizi iğfal edən bu nüktə hamanKəndimizdən deyil, zəmanədənmi?
Ты улетел, о щедрый чудодей!Ты улетел, в душе таивший клады.Зачем умолк ты, старый соловей?Или в саду ты не нашел отрады?О, истинный подвижник и творецЧертога знанья в сумраке сердец!Толпа ль невежд ускорила конец,И ты не вынес тягостной осады?Ты сеял правды чистой семена,Тебе воздали ближние сполна,Испил ты чашу горестей до дна.Дождался ли подмоги и награды?Окончил Пахарь тяжкие труды.При жизни всходов не увидел ты,Иль эти похоронные цветы -Твой урожай, скупой и небогатый?Ужель для достославных сыновей,Служивших верно нации своей,Любви не вознесется мавзолей,Хранящий свет блистательной плеяды?Теперь в раю избавишься от бед,Сеид-Азиму мой скажи привет.Забудет ли о родине поэт,Неведеньем небытия объятый?Ширван, знававший славу и успех,Теперь - берлога дрыхнущих калек.Кого винить - наш просвещенный век?Не сами ли мы в этом виноваты?
Kitabxana.az · https://kitabxana.az/works/sabir-enin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə:"Cəhangiranə bir dövlət çıxardıq bir əşirətdən!"
Mütləqiyyətdə əbd şəklindəMütləqiyyətdə əbd şəklindəMütəşəkkil olan nifaqü təzad
Bir müdirin ki, keçməyə qolunaBir müdirin ki, keçməyə qolunaQolu bulvarda bir gözəl sənəmin,
Bir gül ("Vaiz ki, çıxar minbərə, hey püflər odu")Vaiz ki, çıxar minbərə, hey1 püflər odu,Təkfirə qoyar kimin ki, eşq isə modu;