Mahi-rəməzandır, yenə meydan da bizimdir!
Mahi-rəməzandır, yenə meydan da bizimdir!Meydan da bizim, ərsədə cövlan da bizimdir!Sərsüfrədə ərbabi-niəm məhzərimizdə,E’zaz ilə, ikram ilə dövrü bərimizdə,Min ne’məti-əlvan düzülüb qənşərimizdə,Sövdayi-plov, şuri-çığırtma sərimizdə,Firni və tərək, dolma, fisincan da bizimdir!Boşqabda müsəmmavü badımcan da bizimdir!Sail, qapıdan baxma bizə, pis göz atarsan!Çox qanqıma, durram, elə vurram ki, batarsan!Ruzi sənə hər yerdə müqəddərsə çatarsan!Bir şey əlinə keçməsə, sən ac da yatarsan!Biz nazü niəm əhliyik, ehsan da bizimdir!Ehsan da bizimdir, şərəfü şan da bizimdir!Səbr eylə hələ, yağlı qarınlar dolar isə,Dövridə plov qalmağa imkan olar isə,Gər1 sür-sümüyündən bu təamın qalar isə,Bir şey yetişər həm sənə qismət olar isə;Şimdi hələlik süfrə də, qazğan da bizimdir!Şərbət də bizim, kasə də, fincan da bizimdir!Sən hər qapıda min kərə yahu da deyərsən,Bir köhnə libas olmasa, cecim də geyərsən,Bir paslı2 çörək düşsə yavansız da yeyərsən,Gər düşməsə, ac qalmağı da məşq eləyərsən;Biz möhtərəmik, ne’məti-əlvan da bizimdir!Qaymaq da bizim, qəhvə də, qəlyan da bizimdir!Asudə burax bizləri öz halımız ilə,Zəhmət çəkib iş görmüşük əqvalımız ilə,
Kitabxana.az · https://kitabxana.az/works/sabir-mahi-remezandir-yene-meydan-da-bizimdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim nə deyər bizdə olan qeyrətə?!Qeyrətimiz bəlli bütün millətə!…
Qocalar marşı ("Bir qocayam çaq nər kimi yaşaram")Bir qocayam, çaq nər kimi yaşaram,Dörd arvadı bir-birinə qoşaram,
Ürəfa marşıİnteligentik, gəzərik naz ilə,Ömr edərik nəş’eyi-dəmsaz ilə,
Pula təvəccöh ("Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan")Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
Başqa şairlərin şeirləri · Satira
Girdi fırıldaq ilə yağlıca bir artelə,Arif olub vermədi vaxtını bir an yelə.
Şeyxin bir mö’cizəsinə ithafBaxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Yumruq (2)(2)Orucluqda qumarbazlıq, bunun var özgə bir dadı,
Şüğl edən surətdə ruhani danos şeytanlığıŞüğl edən surətda ruhani danos şeytanlığı,Pəndü vəzindən onun olmaz mənafe gözləmək.